Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyandan Saakyana hücum:“vətən xaini” namizəd olur

 

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayan “dqr”də 2020-ci il “prezident seçkisində” iştirak etməyə hazırlaşır.

Yenixeber.org: Bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet Babayanın seçkidə iştirakı üçün son 5 il ərzində “respublikada” müntəzəm yaşamalı olduğunu, amma “eks-müdafiə naziri”nin bununla bağlı problemlərinin olduğunu bildirib:

“Son illər Babayan ya Rusiya, ya da Ermənistanda olub. Bizim məlumatımıza görə, Babayan Artur Vanetsyandan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri – red.) xahiş edib ki, seçki haqqının bərpası üçün ona imkan yaratsın. O, Qarabağda olmamasının səbəbinin özündən asılı olmadığını bildirib və siyasi təqiblərlə əlaqələndirib. Mənbəmizin məlumatına görə, Vanetsyan bu problemin həlli ilə məşğul olacağına və onu qanun çərçivəsində həll edəcəyinə vəd verib”, – deyə məlumatda bildirilib.

İnformasiyada Ermənistanın kəşfiyyat rəhbərinin qondarma rejimdəki “seçkiyə” hansı aidiyyətinin olmasına aydınlıq gətirilməyib.

Qeyd edək ki, Babayan 2017-ci ildə Serj Sərkisyanın əmriylə həbs edilmişdi. O, ölkəyə İqla-S sistemləri keçirməkdə və Sərkisyana sui-qəsd hazırlamaqda ittiham edilmişdi. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Sasna Çrer qruplaşmasının üzvləri kimi o da azadlığa buraxıldı. Babayan indiyə qədər Bako Saakyanın əsas rəqiblərindən biri sayılır.

Bundan öncə Ermənistan mətbuatı Saakyanın yerinə başqa adamın hazırlandığı barədə məlumat yayıb. Məlumata görə, İrəvan Saakyanı qondarma rejimin keçmiş “baş naziri” Araik Arutyunyanla əvəz edəcəkdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən “Miatsum” hərəkatının üzvlərindən olub. Qarabağda dinc azərbaycanlılara qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonlarının işğalında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biridir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam