Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"RUSİYA MÜHARİBƏDƏ BİZƏ XƏZƏRDƏKİ HHM SİSTEMLƏRİLƏ KÖMƏK EDİRDİ" -Ermənistanın sabiq baş naziri

“Qarabağ müharibəsi günlərində səmanı mütəmadi olaraq ruslar bağlayırdı. Bu, onların bizə köməyi idi, hansı ki, bunu etməyə də bilərdilər.”

Yenixeber.org: Bunu Ermənistanın sabiq baş naziri, müxalifətdəki “Azadlıq” partiyasının sədri Qrant Baqratyan deyib.

Sabiq baş nazir erməni jurnalistlərlə görüşündə maraqlı faktlardan söz açıb.

Baqratyan bildirib ki, Qarabağdakı 44 günlük savaşda Rusiya erməni silahlı birləşmələrinə özünün Xəzər dənizində yerləşən Hava Hücumundan Müdafiə(HHM) sistemləri vasitəsilə kömək edib və Qarabağda hava məkanını bağlayıb: “Bizdə narazılıq edirlər ki, noyabrın 4-də niyə havanı açdılar? Biz Rusiyanın Xəzər dənizində yerləşən HHM sistemlərindən istifadə etmişik. Müharibənin ilk günündə düşmən iki saatın içində bizim idarəetmə məntəqəmizi dağıtdı, hansı ki, nədənsə Şuşada yerləşdirilmişdi. Əvvəl o, Çobankarada (Ermənistanda rayon-red.) yerləşirdi. Hansı axmaq onu hərbi əməliyyatlar ehtimalının yüksək olduğu “artsax”a köçürmüşdü?”

Göründüyü kimi, Baqratyanın bu açıqlaması kifayət qədər sensasion xarakter daşıyır. Əgər sabiq baş nazirin söylədikləri həqiqətdirsə, bu, bir daha Rusiyanın Qarabağ münaqişəsindəki neytrallığı və sülhpərvərliyi barədə deyilənlərin cəfəngiyyat olduğunu təsdiqləmiş olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam