Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın keçmiş baş naziri: "Bizdə atom silahı var"

"Ermənistanın atom silahı var".

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, bu sözləri düşmən ölkənin keçmiş baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Erməni KİV-lərinin xəbərlərinə görə jurnalistlər Baqratyandan bir neçə gün əvvəl işlətdiyi fikirlərə aydınlıq gətirilməsini istəyiblər. Baqratyan demişdi ki, ancaq nevə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinitəminat altına almaq mümkündür.

Lakin Baqratyan deyib ki, bu barədə nəsə əlavə izahat vermək niyyətində deyil. "Bizim atom silahı əldə etmək imkanımız var"-o deyib. Ardınca Baqratyan bildirib: "Bizim atom silahımız var".

Xatırladaq ki, bu günlərdə Ermənistan vətəndaşlarının uran qaçaqmalçılğı ilə məşğul olmasına dair iki fakt aşkarlanıb. Erməni general Arkadi Ter-Tadevosyan da bundan əvvəl Azərbaycanı "çirkli bomba" ilə hədələmişdi. Lakin istisna deyil ki, bütün bunlar Azərbaycan ordusunun endirdiyi zərbələrdən sonra erməni cəmiyyətində yaranmış xofu aradan qaldırmağa hesablanmış blefdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam