Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan yalan danışır- “Sonuncu dəfə 1999-cu ildə Azərbaycandan öndə olub”

 

 

Ermənistanın tanınmış iqtisadçılarından olan, 1993-1996-cı illərdə ölkənin baş naziri vəzifəsini daşımış Qrant Baqratyan hazırkı baş nazir Nikol Paşinyanı yalan danışmaqda günahlandırıb.

Yenixeber.org: Ermənistan mətbuatına açıqlama verən Baqratyan, Paşinyanın cəmiyyətə ölkənin iqtisadi göstəricilərilə bağlı yalan məlumatlar təqdim etdiyini söyləyib. Məsələ ondadır ki, bir neçə gün əvvəl Paşinyan özünün “facebook” səhifəsində yazıb ki, guya Ermənistan 2019-cu ildə adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinə görə Gürcüstanı və Azərbaycanı qabaqlayıb. Daha sonra öz yazdıqlarına dəyişiklik edən baş nazir bildirib ki, Ermənistan 2019-cu ildə bu göstərici üzrə Gürcüstanı ötüb, Azərbaycanı isə 2020-ci ildə ötəcək.

Lakin sabiq baş nazir Baqratyan Paşinyanın yalan söylədiyini bildirərək, “dərhal deyim ki, belə bir şey yoxdur” deyə bildirib. Sabiq baş nazir Ermənistanın nəinki Azərbaycan, hətta Gürcüstana da çatmaqdan çox uzaq olduğunu qeyd edib: “Baş nazir Paşinyan yazıb ki, Ermənistan 2019-cu ildə adambaşına düşən ÜDM üzrə Gürcüstanı ötüb, Azərbaycanı isə 2020-ci ildə ötəcək və Cənubi Qafqazın aparıcı ölkəsinə çevriləcək. O, bu zaman Beynəlxalq Valyuta Fondunun (BVF) daxili səhifəsinə istinad edib. Dərhal deyim ki, belə bir şey yoxdur.”

 

 

Baqratyan deyib ki, rəsmi qaydada adambaşına ÜDM göstəricisi BVF deyil, Dünya Bankı tərəfindən təqdim olunur. 2019-cu il üçün bu göstərici isə yalnız 2020-ci ilin aprelində dərc olunacaq: “2020-ci ilin statistikasından isə hələ söhbət belə gedə bilməz”.

Sabiq baş nazir xatırladıb ki, 2018-ci ilin nəticələrinə görə, Ermənistan Azərbaycanla Gürcüstandan 12 faiz geri qalır. Belə ki, Azərbaycanda bu göstərici 4721 ABŞ dolları, Gürcüstanda 4717 dollar, Ermənistanda isə 4212 dollar təşkil edib.

İqtisadçı Ermənistanın adambaşına düşən ÜDM göstəricisinin 2019-cu ildə nisbətən yaxşılaşmasını isə iqtisadi artımla deyil, erməni milli valyutası olan dramın bir qədər möhkəmlənməsi ilə əlaqələndirib. Sabiq baş nazir bildirib ki, sonuncu dəfə Ermənistan Azərbaycanı adambaşına düşən ÜDM göstəricisinə görə 1999-cu ildə, Gürcüstanı isə 2009-cu ildə üstələyib. İqtisadçı sonda onu da bildirib ki, Ermənistan nə 2019-cu, nə də 2020-ci ilin nəticələrinə görə Gürcüstanı və Azərbaycanı keçə bilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam