Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"LAÇIN DƏHLİZİNİ BAĞLAMALIYIQ!" –“Biz niyə Ermənistan ərazisini minalamayaq?"

"Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də BMT qətnamələrinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qətnamələrin yeriə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik".

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin minaya düşərək həlak olmasını şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin.

"Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcədin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər” - deyə, ekspert vurğulayıb.

 

 

E. Şahinoğlu ermənilərin indi də Azərbaycan torpaqlarına minalar döşəmək üçün diversantlar göndərdiyini xatırrladır. Eyni zamanda Qarabağdakı separatçıların da bu istiqamətdə “fəaliyyətlərinin” ola biləcəyini istisna etmir.

E. Şahinoğlu deyir ki, minaların partlaması bizə hər iki istiqamətdə ermənilərin qarşısını almaq üçün hərəkətə keçməyə imkan yaradır: "Sərhəddi (bu sıraya Laçın üzərindən sərhəddin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?"


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam