Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AHİK İcraiyyə Komitəsi bəyanat yayıb-MƏTN

  

İyunun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Kəlbəcərə ezam olunmuş mətbuat nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı bəyanat qəbul edib.

 

Yenixeber.org: Bəyanatda deyilir:

2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə İkinci Qarabağ müharibəsi başa çatsa da, beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş konvensiyalara və əldə edilən razılıqlara baxmayaraq, Ermənistan işğaldan azad olunmuş ərazilərdə yerləşdirdikləri minaların xəritələrini Azərbaycana verməkdən hələ də müxtəlif bəhanələrlə boyun qaçırır. Bu qanunsuz hərəkətlər yüzlərlə günahsız, dinc insanların ölümü ilə nəticələnir və terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənməsini göstərir.

Ermənistanın təxribatçı əməllərinin davamı olaraq bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bu, bir daha göstərir ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistan həmişə olduğu kimi, bu gün də sülhə, təhlükəsizliyə və beynəlxalq razılaşmalara məhəl qoymur, insanlıq əleyhinə olan bütün hərəkətlərini davam etdirir.

Azərbaycan həmkarlar ittifaqları adından bəyan edirik ki, Ermənistanın bu kimi əməllərinə ikili standartları kənara qoyaraq beynəlxalq təşkilatlar tərəfindən hüquqi və siyasi qiymət verməli, dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır. Həmçinin gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair beynəlxalq qurumlar və dövlətlər tərəfindən Ermənistana təzyiq göstərilməlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam