Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

ABŞ Çinlə hərbi münaqişə gözləyir -Hind-Sakit okean bölgəsində

Yenixeber.org: Aprelin 30-da ABŞ SQ Hind-Sakit okean komandanlığı (USPACOM) postundan getmiş admiral Filip Devidson və onun davamçısı bəyan ediblər ki, Amerika Birləşmiş Ştatlarını (ABŞ) yaxın 5-6 ildə Tayvan ətrafında ABŞ-Çin hərbi münaqişəsi gözləyir.

«Hazırda mənim belə informasiyalara müstəsna girişim yoxdur. Ancaq belə girişi olan bir cüt insan var - indicə Hind-Sakit okean hərbi komandanlığını tərk etmiş admiral Fil Devidson və onun yerini tutmuş admiral - hər ikisi bəyan edib ki, Tayvan ətrafında yaxın 5-6 ildə hərbi münaqişə gözləyirlər» - Avropada ABŞ quru qoşunlarının keçmiş komandanı, hazırda hərbi ekspert general-leytenant Ben Hocers Amerikanın «National Review» jurnalına müsahibəsində bildirib.

Pekinlə Tayvan arasında dilin daha aqressiv və millitarist olduğunu təsdiqləyərək, o, bəyan edib ki, Tayvanın zəbt olunması Çin Xalq-Azadlıq Ordusunun “cəhənnəm missiyası” olacaq.

«Ancaq bu, Normand əməliyyatına (1944-cü ildə ABŞ, Böyük Britaniya, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı həyata keçirilmiş dəniz-desant əməliyyatı - Red.) oxşamayacaq, orada bütün qoşun növləri əməliyyatı, hətta kiber-diversiya da keçiriləcək. Və mən düşünürəm ki, Si Tsizinpin (ÇXR sədri - Red.) öz saatını gözləyir. O, istəyir ki, özündən sonra tarixi yaddaş olaraq miras qoyub getsin ki, məhz o, Tayvanı Çinə qaytaran həmin oğlandır» - general qeyd edib.

O, dəqiqləşdirib ki, bu döyüşdə raketlər, təyyarələr, gəmilər, sualtı qayıqlar, uzaqvuran artilleriya atəşləri tətbiq olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam