Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Rusiyanın Türk Şurasına üzv olmaqda məqsədi nədir? – MÖVQE

 

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir və Türk Şurasına qoşulmağa hazırdır.

 

Yenixeber.org: “Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”-deyə Lavrov söyləyib.

Rusiyalı diplomatın siqnalı olduqca böyük səs-səda doğurub. Bəs Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Rusiyanı üzv qəbul etməyə hazırdırmı?

 

Mövzu ilə bağlı modern.az-a açıqlamasında Elxan Şahinoğlu bildirib ki, son vaxtlar Türk dilli dövlətlərin inteqrasiyası sürətlənib. Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra Mərkəzi Asiya ölkələrinin türk inteqrasiyasına maraqları artıb:

“Rusiya da bu prosesləri çox diqqətlə izləyir. Keçmişdə Rusiya düşünürdü ki, bu proseslər ona qarşı yönəlib. Amma indi yaxşı anlayır ki, türkdilli ölkələrin şurası kiməsə qarşı yönəlməyib. Tam əksi olaraq, inteqrasiyanı, birliyi sürətləndirir və əməkdaşlıq zəmini hazırlamaq məqsədi daşıyır. Rusiyada bu prosesə qoşulmaq istəyir. Çünki Rusiyada türk dilli xalqlar çoxluq təşkil edir. Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa, tərkib hissəsi kimi qələmə vermək istəyir. Ona görə də, bu məsələyə baxıla bilər. Əsas odur ki, Rusiya türk inteqrasiyasını özünə qarşı qrup kimi görməsin”.

 

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri üzv dövlətləri özünə yaxın saxlamaqdır.

 Aysel Məhərrəm


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam