Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişməyib” - RƏSMİ

                                 “ABŞ-ın Azərbaycana dair siyasəti dəyişməyib”.
Yenixeber.org: Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən bildirilib.

Səfirlikdən Prezident Co Baydenin Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verməsi barədə qərarına cavab olaraq qeyd edilib:

“2002-ci ildən dəyişən administrasiyalar təhlükəsizlik sahəsində əməkdaşlığa icazə verir və yardım proqramlarını davam etdirmək üçün hər il 907-ci düzəlişin müddətini uzadırdılar. Düzəlişin müddətinin uzadılması dövlət katibi Entoni Blinken tərəfindən təsdiq olunaraq 26 aprel tarixində qüvvəyə minmişdir.

ABŞ-ın Ermənistan və Azərbaycana göstərdiyi yardım, münaqişənin sülh yolu ilə həllinə göstərilən səylərə mane olmamaq üçün diqqətlə izlənilir, regional sabitliyin gücləndirilməsinə yönəlib və ABŞ-ın milli təhlükəsizliyinin marağındadır.

Biz Azərbaycanla, terrorizm və narkotiklərə qarşı mübarizə, mühüm enerji infrastrukturlarının mühafizəsi də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq edirik".(“Amerikanın səsinə”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam