Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“ABŞ Ermənistanı qamçılamış oldu” - Ermənilər 907-ci düzəlişlə bağlı qərardan məyus olublar

Amerikada Azərbaycana qarşı 907-ci düzəlişin dondurulması gözlənildiyi kimi, Ermənistanda narazılıqla qarşılanıb.

Yenixeber.org: “Sputnik Armenia”-da dərc olunan məqalədə bu mövzuyla bağlı deyilir: “”Soyqırımı” tanıyan Amerika Azərbaycana hərbi yardım etməklə əslində Ermənistanı qamçılamış oldu”. 

Məqalədə Co Baydenin hərbi yardımla bağlı 907-ci düzəlişə münasibətdə öz sələflərinin siyasətini davam etdirməsinin Ermənistan üçün xoşagəlməz bir sürpriz olduğu qeyd edilib.

Yazıda bundan əvvəl ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə telefon danışığı apardığı xatırladılaraq, bu görüşdə Amerika diplomatiyasının rəhbərinin Azadlığa Dəstək Aktına edilən düzəlişin dayandırıldığını elan etdiyi qeyd edilib: “Məsələnin ironik tərəfi budur ki, bütün bunlar Baydenin çoxdan gözlənilən "soyqırım" ifadəsini işlətdiyi 24 aprel rezonanslı mesajından dərhal sonra baş verdi. Bu da Amerikanın klassik ikili standart siyasətinini bir daha göstərdi. Məşhur bir filmdəki kimi - arvad üçün çiçəklər, uşaqlar üçün dondurma. Bu işdə kim hansı rolu oynadı - bunu oxucuların zövqünə və seçiminə buraxaq.”
“Sputnik Armenia”-ya danışan hərbi ekspert David Arutyunov ABŞ-ın çox ehtimal ki, kəşfiyyat sistemləri, rabitə, idarəetmə və müəyyən tip pilotsuz təyyarələrlə Azərbaycana dəstək verəcəyini qeyd edib: “Həmçinin, tank əleyhinə raket sistemləri də verə bilər ki, Azərbaycanın son döyüşlərdə buna bənzər İsrail silahı olan Spike ATGM-dən istifadəsinin tanklarımıza necə ziyan vurduğunu gördük. Düzdür, ABŞ tərəfindən həmin silahların istifadəsilə bağlı müəyyən məhdudiyyətlər qoyulsa da, bu, Ermənistana yaxşı heç nə vəd etmir. Çünki ötənilki müharibə təcrübəsi göstərdi ki, Azərbaycan Sovet-Rusiya silahlarının və qabaqcıl Qərb texnologiyalarının "simbiozunu" yaratmağı bacarır.”(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam