Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qara dənizdən müharibə "qoxusu gəlir"

                                 ABŞ Qara dənizə daha bir hərbi gəmi göndərir.
 Yenixeber.org: Bununla bağlı ABŞ altıncı hərbi dəniz donanması "Twitter"də məlumat yayıb. Qeyd edilir ki, Amerika gəmisi artıq Qara dənizə doğru istiqamət götürüb.

"İkinci ABŞ donanmasının gəmisi "Tomas Hudner" bölgədə dəniz təhlükəsizliyi əməliyyatları keçirmək üçün Qara dənizə doğru üzməyə başladı", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Amerika gəmiləri və təyyarələri NATO tərəfdaşlarını dəstəkləmək üçün Qara dəniz bölgəsində mütəmadi olaraq əməliyyatlar aparır. Bu ərəfədə ABŞ donanmasına məxsus "Monterey" kreyserinin Qara dənizə girdiyi məlum olub.

Rusiya Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib ki, Qara dənizə daxil olan ABŞ gəmisi müşahidə altına alınıb.

Xatırladaq ki, bu ilin yanvar ayında ABŞ-ın 6-cı hərbi dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olmuşdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam