“Biz bunu həll edənə qədər Rusiya Qarabağda Ermənistanla birlikdə problem yaradacaq...” -SOS!!!
“Erməniləri bizim torpaqlara köçürən, vilayət yaradan, daha sonra Ermənistan dövləti quran, onu şirnikləşdirən və Qarabağ problemi yaradan da Rusiyadır. Hər bir azərbaycanlı bunu birdəfəlik bilməlidir”
Yenixeber.org: Bunu açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. Politoloq rus dilinin Xankəndidə ikinci dövlət dili elan edilməsinin birbaşa suverenliyimizə müdaxilə olduğunu bildirib:
“Rusiya Qarabağa gələndə bütün bunlar bəlli idi, əlindən gələni edəcək. Erməniləri bizim torpaqlara köçürən, vilayət yaradan, daha sonra Ermənistan dövləti quran, onu şirnikləşdirən və Qarabağ problemi yaradan da Rusiyadır. Hər bir azərbaycanlı bunu birdəfəlik bilməlidir. Rusiya Azərbaycana qarşı vəkalət müharibəsi aparırdı. Azərbaycan erməninin başını əzəndən sonra Rusiya özü ortaya çıxıb. Biz bunu həll edənə qədər Rusiya yenə Qarabağda Ermənistanla birlikdə problem yaradacaq. Bu gün rus dili rəsmi dil olub. Bunun özü Azərbaycanın birbaşa suverenliyinə müdaxilədir. Rusiyanın özü də beynəlxalq hüquqa görə buranı Azərbaycan torpağı hesab edirsə, suverenliyini tanıyırsa, bu birbaşa suvereliyimizə qəsddir. Sabah orda Rusiya pasportları paylasalar, Azərbaycanın bunun qarşısını necə alacaq? Rusiya qoşunlarını ordan necə çıxaracağıq? Rusiya çıxmasa, dirənsə, biz neyləyəcəyik? Rusiya cənubi Osetiyada olduğu kimi, öz vətəndaşlarımı qorumaq üçün burdayam desə, onda biz nə deyəcəyik? BMT Təhlükəsizik Şurasının daimi üzvüdür, humanitar hüquq var. Yəni bu böyük bir problemdir. Dağlıq Qarabağın dırnağarası prezidenti də, parlamenti də, hökuməti də fəaliyyət göstərir. Dünənə kimi Rusiya erməniləri uzaqdan, amma indi gəlib orda oturub birbaşa müdafiə edir. Siz elə hesab edirsiniz ki, orda 1960 rus əsgəri var, ondan qat-qat hərbi və kəşfiyyat qüvvələri də var. Ona görə bu hələ başlanğıcdır, əgər biz bu problemi həll edə bilməsək, Rusiya hər dəfə bir problem çıxaracaq. Orda hər şeyə Rusiya cavabdehdir. Bu, Rusiya, Ermənistan və Azərbaycan məsələsi deyil, birbaşa Rusiyayla qarşı-qarşıyayıq”.
Qeyd edək ki, erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul edib.