Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"GƏRGİNLİK ARTIB, MÜHARİBƏ YENİDƏN ALOVLANA BİLƏR..." -"Azərbaycan Xankəndinə çox yaxındır və..."

Pol Qobl: "Rusiya Azərbaycan əleyhinə müharibəyə girsə, Azərbaycanı itirər

Yenixeber.org: Ermənistanda yenidən müharibənin başlayacağı barədə şayiələr yayılır.

İctimai fəal İşxan Verdiyan "Azadlıq" radiosuna deyib ki, belə xəbərləri cəmiyyətə məqsədli şəkildə ötürürlər: “Vəziyyət belədir ki, xalqı müharibəyə hazırlayırlar, deyirlər ki, yenə nəsə böyük bir hadisə başlayacaq. Məncə, bu, cəfəngiyyatdır. Belə bir şeyin baş verməsi qeyri-mümkündür. Dəqiq bildiyim budur ki, Ermənistanda heç kim müharibə istəmir. Məncə hətta keçirilən hərbi təlimlər də xalqı sakitləşdirməyə yönəlib”.

Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, indi tərəflər arasında gərginlik iki ay əvvəl olduğundan daha çoxdur.O hesab edir ki, Ermənistanda və Rusiyada bəzi qüvvələr istəmir ki, Naxçıvan dəhlizi çəkilsin və onlar prosesi uzadırlar: “Əgər Ermənistan bu öhdəliyinə əməl etməkdən imtina etsə, bu halda məncə, hərbi münaqişə alovlana bilər. Azərbaycan Xankəndinə çox yaxındır. Azərbaycan bütün işğal olunmuş ərazisini geri qaytara bilər. Bunu etmək çətin də deyil. Rusiyanın sülhməramlılarının sayı o qədər də çox deyil. Öz sülhməramlılarının sayını artırmaq isə Rusiyanın irimiqyaslı müdaxiləsi demək olar. Bunu isə məncə, Rusiya etmək istəmir”.

 

 

Pol Qobl əlavə edir ki, Rusiyanın irimiqyaslı müharibə ilə bağlı mövqeyi də birmənalı deyil - bir tərəfdən yeni müharibə Krımda olduğu kimi prezident Vladimir Putinin ölkə daxilində nüfuzunu qaldıra bilər, digər tərəfdən isə Rusiyanın dünya qarşısında sülhməramlı imicini saxlamaq kimi strateji marağı var: “Ümid edirəm ki, Rusiyanın strateji maraqları önə çəkiləcək. Rusiya Azərbaycan əleyhinə müharibəyə girsə, Azərbaycanı itirər. Odur ki, rəsmi Moskva bunda tərəddüd edəcək. Bununla belə kiçikmiqyaslı toqquşmaların böyük müharibəyə çevrilməsi də istisna deyil. Bu o halda baş verəcək ki, hər üç tərəf bir-birinin əslində nə etmək istəməsi barədə qeyri-əmin və şübhəli qalacaq və bu ölkələrin liderləri öz xarici siyasətlərini maksimum güclənmək üçün istifadə edəcək”.

Xatırladaq ki, Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında keçən il noyabrın 10-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda 44 günlük müharibə dayanıb.

Azərbaycan 90-cı illərin əvvəlində nəzarəti itirdiyi torpaqların çox hissəsini qaytarıb, amma keçmiş Dağlıq Qarabağ vilayətinin bir hissəsinə Rusiya sülhməramlıları nəzarət edir.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam