Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Belə vəziyyətdə Rusiyanın Ermənistandakı hərbi iştirakı birdəfəlik dayanacaq” – "...onlar Kremlə köpək kimi sədaqətli idilər"

     Rusiyalı ekspert: “Paşinyan Rusiyaya silah krediti üçün ödənişdən imtina edə bilər”

Yenixeber.org: Nikol Paşinyan Qarabağ istiqamətində uğursuz bir siyasətçi olmasına və təslim aktına imza atmasına baxmayaraq, daxili rəqiblərini məğlub etməkdə çox uğurludur. İrəvandakı mitinqlər 17 erməni siyasi partiyasının yazıqlığından başqa bir şey göstərmədi. Müharibədə generalları ilə birgə məğlub olan erməni ordusu cəmiyyətdə nisbi hörmətə sahib idi.

 

Bu gün Onik Qasparyanın belə, Paşinyana qarşı heç nə edə bilmədiyi ortaya çıxdı. Nikol ordunu da məğlub etdi, lakin bu, Ermənistanda daxili siyasi vəziyyətin sabitləşməsi demək deyil.

 

Mövzuya dair suallarımızı rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.

 

- Onik Qasparyan artıq Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri deyil. Ermənistan Prezidenti müəyyən bir mövqe seçməkdən müvəffəqiyyətlə qaçdı, müxalifət Baş nazirin qərarını küçə mitinqləri ilə də dəyişdirə bilmədi. Belə çıxır ki, Paşinyan qalib gəldi?

 

- Bəli və buna şübhə yoxdur. Ancaq mənim üçün Ermənistandakı vəziyyətin inkişafı üçün belə bir ssenari əvvəldən oxunurdu. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən kimi dərhal məlum oldu ki, generallar öz işləri ilə məşğul olmur, siyasətçilər onlardan kukla kimi istifadə edir, forma geyinmiş insanların əli ilə bütün çirkli işləri yerinə yetirməyə çalışırlar. Yalnız hərbi çevriliş cəhdinin təqlidi olduqda, lakin bu istiqamətdə bir dənə belə gerçək addım atılmadıqda bütün bunlar, böyük rus yazıçısı Mixail Bulqakovun təbirincə desək, “vulqar operettacıq kimi” göründü.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Erməni generalları özləri də anlamadan Paşinyanın maraqları naminə kollektiv intihar etdilər. Xatırlayırsınızsa, Ermənistan Baş nazirinin istefasını tələb edən bəyanat yalnız Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən deyil, onun ən ağıllı və uzaqgörən üç yüksəkçinli zabiti xaricində, demək olar ki, bütün müavinləri, şöbə müdirləri tərəfindən imzalanmışdı. İndi onlar Qasparyanın ardınca vəzifələrini tərk etmək məcburiyyətində qalacaqlar. Əlbəttə ki, səs-küylü istefalar olmayacaq, həmişə olduğu kimi səssiz bir şəkildə vəzifələrindən uzaqlaşdırılacaq - əvvəlcə personal maaşları saxlanılaraq, müdafiə nazirinin sərəncamına göndəriləcəklər, sonra isə işdən qovulacaqlar. Yaramaz yüksəkrütbəli zabitlərdən qurtulmağın bu sxemi yeni bir şey deyil. Yayın sonuna qədər onların heç biri Ermənistanın Silahlı Qüvvələri sıralarında olmayacaq.

 

Ermənistanı hərbi elitanın darmadağını gözləyir və bu, Qarabağdakı son müharibənin məntiqi nəticəsidir. Sağlam düşüncə baxımından Ermənistan ordusuna rəhbərlik etmək üçün yalnız üç general kifayətdir, bu ölkədə olduğu kimi əlli nəfər deyil. Əgər Ermənistan gələcəkdə prinsipial olaraq yeni silahlı qüvvələrə sahib olmaq istəyirsə, o zaman indidən ən yüksək komandanlıq eşelonunu nüfuzdan salınmış balastından imtina etməlidir. Əlavə olaraq, baş verənlər Paşinyan tərəfindən Yeni il günü soydaşlarına müraciətində dediyi əsas məqsədinin - elitaları dəyişdirməyin reallaşmasıdır.

 

Əslində, o, “Qarabağ klanı”nı Ermənistandan tam qovmaq niyyətində olduğunu göstərir. Başqa seçimi olmayan keçmiş klan ya Rusiyaya gedəcək, ya da öz ölkəsində həbsxanaya. 2018-ci ildə “Qarabağ klanı”nın liderləri zabitlər və əsgərlər arasındakı dəstəyi itirdilər. İndi generallar kifayət qədər sürətlə qovulduqdan sonra, yalnız ordunun deyil, həm də bütün güc sektorunun dəstəyini itirəcəklər. Bundan sonra cinayətkarlara qarşı repressiyaların, ermənilərdən oğurlanan və azərbaycanlılardan talan edilmiş hər şeyin müsadirə olunmasını gözləmək lazımdır.

 

- Paşinyanın əsas dəstəyi və gücü haradan gəlir? Nə müxalifət, nə mitinqlər, nə ordu, nə də xarici qüvvələr onun öhdəsindən gələ bilir...

 

- Paşinyan əsas erməni xalqının dəstəyinə arxalanır, bu ölkə vətəndaşlarının üçdə ikisindən dörddə üçünə qədəri onun tərəfindədir. Onlar bir çox daxili kataklizmlərdə şəxsən günahkar olan Baş nazirlərini dəstəkləməklə yanaşı, hakimiyyətləri dövründə Ermənistanı şəxsi zənginləşdirmə mənbəyinə çevrən “Qarabağ klanı”nın gücünü bərpa etməsində maraqlı deyillər. Onlar anlayır ki, bu klan Ermənistanı, bütün mənbələrini istismar edərək, faktiki olaraq, mahiyyətcə kriminal sturktur olan “Artsax”ın müstəmləkəsinə çevirmişdilər. Ermənistan vətəndaşlarının əsas hissəsinin Qarabağa qətiyyən ehtiyacı yoxdur, bu, erməni xalqının boynundakı boyunduruq və ayağındakı ağırlıqdır, iqtisadi və sosial inkişaf yolundakı ballastdır.

 

Ancaq Ermənistan Qarabağ ideyasından belə sürətlə qurtula bilməz, çünki “Artsax” erməni diasporunun bir layihəsidir - hansıların ki, köməyi olmadan Ermənistan kollapsa və staqflyasiyaya məhkumdur. Paşinyanın məqsədi Qarabağdan imtina etməkdir, lakin bu yolda dənizçilər dilində danışsaq, daim yeni bir çəngəl atmalı, istiqaməti dəyişdirməli və küləyi tutmalıdır.

 

İrəvan ermənilərinin böyük əksəriyyəti bunu yaxşı hiss edir və baş nazirlərini dəstəkləyir. Çünki artıq xarici ermənilərin - rus, fransız, Yaxın Şərq, Şimali Amerika və digərlərinin əlində oyuncaq olmaq istəmirlər. Paşinyan bu sosial dalğanı şüurlu və ya intuitiv şəkildə hiss etdi və bütün sarsıntılara, o cümlədən Azərbaycanla müharibədə məğlub olmasına baxmayaraq, üç ildir ki, onun enerjisindən istifadə edir. Və bu dalğadan çıxan kimi dərhal siyasi məğlubiyyətə gedəcək, özü də bunu mükəmməl başa düşür və buna görə bu istiqamətdə sona qədər irəliləyəcək, başqa alternativi yoxdur.

 

- Sizcə, baş verənlərdən sonra Ermənistanın xarici siyasətində rusiyapərəst vektor nə qədər əsas rol oynayacaq? Yoxsa ermənilər mövqelərinə yenidən baxacaqlar?

 

- 2018-ci ilin mayında “Qarabağ klanı”nın hakimiyyətini devirməsindən bəri Ermənistanın xarici siyasətində rusiyapərəst bir vektor olmayıb. Son illərdə Ermənistanın xarici siyasətinin Rusiya istiqamətində görülən işlərin hamısı ölkəni Rusiyanın təsirindən çıxarmaq prosesini davam etdirmək üçün zahiri kompromis addımların axtarışıdır. İrəvandakı Rusiya tərəfindən yaradılan, onun hesabına maliyyələşdirilən, lakin nəticədə ən intellektual erməni gəncliyinin anti-rus düşüncə mərkəzinə çevrilən Rus-Erməni Universiteti ilə bağlı vəziyyəti xatırlamağı təklif edirəm. Bu təhsil müəssisəsindəki rusofobiya elə bir səviyyəyə çatdı ki, bundan sonra Rusiya hökuməti bu layihədən çıxdığını və maliyyələşdirilməsinə son verdiyini bildirdi. Çox təəssüf ki, bu, yalnız 2021-ci ilin fevralında baş verdi. Ancaq o zamana qədər Kreml bu alətinin Ermənistanda iflasından xoşbəxtcəsinə xəbərsiz idi.

 

Erməni generallarının Paşinyanla qarşıdurmada məğlub olması, Rusiyanın nüfuzunun bu ölkədən sıxışdırılmasının başqa bir addımıdır. Tamamilə bütün erməni zabitləri və generalları Rusiyanın hərbi hazırlıq məktəbini keçiblər, lakin öz bilik və bacarıqlarının dəyərsizliyini müharibənin yeni texniki imkanları qarşısında göstərdilər ki, bu da özlüyündə erməni cəmiyyətinin gözündə Rusiya mənəvi nüfuzuna çox ciddi bir zərbədir. Erməni generalları korporativ və şəxsi səviyyədə rus generalları və yüksək rütbəli zabitlərlə çox sıx əlaqədə idilər, onların xidmətdən kənarlaşdırılması avtomatik olaraq Ermənistan və Rusiyanı birləşdirən daha bir siyasi bağın qırılması deməkdir.

 

- Yaxşı, bəs Qarabağ klanı”? Axı o, rusiyapərəst hesab olunurdu?

 

- Son vaxtlara qədər Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin “Qarabağ klanı” və ya xuntası Rusiyanın Ermənistandakı hərbi-siyasi mövcudluğunun yeganə təsirli qolu idi, çünki onlar Kremlə köpək kimi sədaqətli idilər. “Qarabağ klanı”nı daha çox palçığa bulaşdırmaq üçün Paşinyan məqsədyönlü və ardıcıl olaraq Ermənistan-Rusiya əlaqələrini kəsir. Və “Qarabağ klanı” nəhayət siyasi, iqtisadi və maliyyə baxımından məhv edilən kimi, Rusiyanın Ermənistandakı mövcudluğu yalnız Rusiya Müdafiə Nazirliyinin Gümrüdəki 102-ci bazasındakı hərbçilər və Rusiya sərhədçiləri tərəfindən təmin ediləcək. Ancaq Paşinyan onları ölkədən çıxarmaq istəsə, ona həmvətənlərinin səslərinin yarısından çoxunu alacağı bir referendum keçirməsi kifayət edər. Bundan sonra Ermənistandakı Rusiya hərbi iştirakı bir dəfəlik dayanacaq.

 

Yeri gəlmişkən, Rusiyadakı erməni diasporu Rusiya ilə Ermənistan arasındakı münasibətlərin siyasi şkalanın mənfi diapazonuna keçməsi üçün hər şeyi edir. 30 milyon dollar toplayaraq Koçaryana generallara rüşvət vermək və Ermənistandakı tərəfdarlarına paylamaq üçün verdilər. Məqsəd indi acı finalını yaşadıqları generalitet krizisini alovlandırmaq idi.

 

Paşinyan hərbi çevriliş təqlidindən qorxmadı və ordunu özünə tabe etmək və bununla da Rusiya ilə bütün qeyri-rəsmi hərbi-siyasi əlaqələri kəsmək üçün əla bir şans qazandı. Bu proses 2018-ci ilin yayında keçmiş KTMT Baş katibi Yuri Xaçaturovun həbsi ilə başladı, bu il son akkordlar səsləndirilir. Mexanizm işə düşüb və indi növbəti addım, məsələn, Rusiyaya silah krediti üçün ödənişdən imtina ola bilər və təbii bir son olaraq - Rusiya Müdafiə Nazirliyinin 102-ci bazasının Ermənistanda yerləşməsinə dair razılaşmanın pozulması ola bilər. Bunu, 2007-ci ildə Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan nümunəsində gördük.

 

Ancaq erməni diasporunun Rusiya hakimiyyətinə qarşı bu mövqeyi yeni deyil, onlar ənənəvi olaraq qərbyönümlü liberal dəyərlərə sadiq qalırlar və Putin müxalifətinə rəğbət bəsləyirlər ki, bu da Rusiyada heç kim üçün xüsusi bir sirr deyil. Buna görə də, Koçaryanın son konvulsiyası üçün milyonların Rusiyadakı erməni diasporu tərəfindən onun üçün qəsdən, Ermənistan və Rusiya arasında daha bir narazılıq yaratmaq üçün toplanması ehtimalını istisna etmirəm.(ayna.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam