Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan Baş Qərargahının rəisi daha 8 gün vəzifədə qala bilər

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan səlahiyyətlərinin icrasını davam etdirəcək".

Yenixeber.org: Bunu Emənistan Konstitusiyası məsələləri üzrə ekspert Vardan Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Bunu prezident edir. İndi prezidentin elə bir sərəncamı yoxdur. Ona görə də həmin şəxslər öz vəzifələrində qalacaq. Demək olar ki, Silahlı Qüvvələr seytnot vəziyyətdədir”, Ayvazyan deyib.

Onun sözlərinə görə, dövlət başçısının məsələ ilə bağlı qərar qəbul etməsi üçün üç gün vaxtı var. Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməzsə, onda Nikol Paşinyanın qərarı qüvvəyə minəcək. O qeyd edib ki, Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir, başqa sözlə, məsələnin həlli üçün 8 gün var.

Xatrladaq ki, Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazirin qərarını ölkə prezidenti hələ imzalamayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam