Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qasparyan -vəzifəsindən azad edildi

Qasparyan vəzifəsindən azad edildi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edilib.

Yenixeber.org: Bu barədə baş nazir Nikol Paşinyan bildirib. O deyib ki, Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş hesab olunur.
Paşinyanın hökumətin saytında dərc edilmiş bəyanatında qeyd edilir ki, Baş Qərargah rəisi Onik Qasparyan 10 martdan bəri tutduğu vəzifədən azad edilmiş sayılır, çünki ölkə prezidenti bu mövzuda baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib.

Bəyanatda vurğulanıb ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəalarını rəhbər tutaraq, 2021-ci il fevralın 25-də prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə qərar layihəsi təqdim edilib.
27 fevralda baş nazirlik aparatı bu layihə ilə əlaqədar prezidentdən etiraz aldı və həmin etiraz baş nazir tərəfindən qəbul edilmədi. 28 fevralda müvafiq əsaslarla prezidentə yenidən müraciət göndərildi.

"Prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamaması və “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" Qanuna uyğun olaraq müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsi nəzərə alınaraq, bu qanunların müvafiq maddələri ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad edilmiş sayılır ”, - deyə Paşinyanın bəyanatında vurğulanıb.

Xatırladaq ki, Ermənistandakı daxili siyasi böhran Baş Qərargahın 25 fevralda Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da gərginləşdi. Baş nazir bunu ölkədə çevriliş cəhdi elan etdi və Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzaladı. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamadı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam