Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Konqresində “daxili düşmənlər” tapılıb

ABŞ Konqresinin aşağı palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi Kapitolidə təhlükəsizliyi təmin etmək və onu “daxili düşmənlərdən” qorumaq üçün büdcədən daha çox maliyyə ayrılmasını istəyib.

Yenixeber.org: Bu barədə “RİA Novosti” “İndependent”ə istinadən məlumat verib.

Parlamentari qeyd edib ki, keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqın edildikdən sonra getdikcə daha çox konqresmen öz təhlükəsizliyi üçün narahatdır. Pelosi yalnız xarici deyil, həm də daxili təhlükə olduğunu düşünür. “Bu, Konqres binasının təhlükəsizlik sisteminə çəkilən xərcləri artırmaq üçün səbəbdir”, - o bildirib.

Pelosi almağa ümid etdiyi vəsaitin dəqiq məbləğini açıqlamayıb.

Kapitolinin mühafizəsinin gücləndirilməsinin zəruriliyini daha əvvəl Konqres binasında polis rəisi də bildirmişdi. O, yaxınlıqda əlavə polis qüvvələrinin yerləşdirilməsini və əlavə çəpərlərin qoyulmasını istəmişdi.

Xatırladaq ki, ABŞ Konqresinin binasına basqın yanvarın 6-da - Vaşinqtondakı mitinq iştirakçılarının prezident seçkisinin nəticələrinin təsdiqlənmək üzrə olduğu Kapitoliyə doğru hərəkət etməsindən sonra baş verib. Etirazçı kütlə binaya soxularaq Konqresin ortaq iclasını yarımçıq saxlatmışdı.

İğtişaşlar nəticəsində etirazçı qadın və polis ölüb, daha üç nəfər isə zorakılıqla əlaqəli olmayan səbəblərdən dünyasını dəyişib. Hüquq-mühafizə orqanları iğtişaşçıları binadan çıxardıqdan sonra konqresmenlər demokrat Cozef Baydenin prezident seçkisindəki qələbəsini təsdiqləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam