Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

KONQRESDƏ ATIŞMA: iclas dayandırıldı, 4 nəfər öldürüldü –Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi

ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.

Yenixeber.org: Bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də daxil olmaqla, Konqres üzvləri binadan təxliyyə ediliblər. Daha əvvəl Senatın da iclası yarımçıq kəsilib.

Müxtəlif nəşrlərin jurnalistləri hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri odlu silahdan açılan atəşlə sinəsindən yaralanıb. Yaralanan şəxs qadındır.

Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib.

NBC telekanalı isə bildirib ki, Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Məlumata görə, Konqresin binası qarşısında prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla baş verən toqquşmalarda bir neçə polis əməkdaşı xəsarət alıb/Report.

Son məlumata görə, Vaşinqtona Milli Qvardiyanın hərbçiləri göndərilib.

Bu barədə ştatın qubernatoruna istinadən “Reuters” bildirib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp da etirazçıların zorla daxil olduqları Konqresə Milli Qvardiyanın hərbi qulluqçularını göndərmək barədə göstəriş verib.

O, etrirazçılardan sakitləşməyi xahiş edib: “Hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq!”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam