Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

TRAMP KONQRESDƏ SPİKERİN ƏLİNİ HAVADA BURAXDI -O da Trampın çıxışının mətnini çırdı + VİDEOLAR

 

ABŞ prezidenti Donald Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib.

Yenixeber.org: Qeyd edilir ki, hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb.

Tramp çıxışını yekunlaşdırdıqda isə Nensi Pelosi etirazını onun çıxışının mətnini çırmaqla nümayiş etdirib.

Bu, ABŞ prezidentinin siyasi rəqibinə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”-dəki səhifəsində spikerin fotosunu paylaşaraq "Öz iflası ilə məyus edilmiş əsəbi Nensi" sözlərini yazıb.

Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini "dəli Nensi" adlandıraraq aşağılayıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam