Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan müxalifəti “əsas problem”dir-"...o yoxdur, bir neçə iri oyunçu var”

Hakim elita seçkinin keçirilməsinə tərəfdardırsa, müxalifət isə ondan imtina  edirsə, bu nonsensdir.

 Yenixeber.org: Bunu “Sputnik Armeniya”ya  eksklüziv müsahibəsində Ermənistanın vitse-spikeri Alen Simonyan deyib.

Bundan əlavə, erməni vitse-spiker, mövcud vəziyyətdə əslində olmayan müxalifətin özünü əsas problem adlandırıb.

 

 

Simonyan qeyd edib ki, istər hakimiyyətin, istərsə də müxalifətin sosial sorğularının hamısı Ermənistan əhalisinin 72% - nin hakimiyyəti dəstəklədiyini göstərir. O əlavə edib ki, hakim partiya seçkinin keçirilməsini, ilk növbədə, əhali üçün təklif edir ki, insanlar bundan sonra necə yaşamağa hazırlaşdıqlarını və nəyi düzgün hesab etdiklərini başa düşsünlər: "Müxalifət razı deyilsə, deməl,i bu seçkilərdə məğlub olacağını əvvəlcədən bilir. O zaman bu seçkilərin göstərdiyim tezizə görə nə qədər lazım olacağına iqtidar partiyası qərar verəcək".

Onun sözlərinə görə, hakim komandanın növbədənkənar seçkilər keçirmək istədiyi, müxalifətin isə bundan kənar olduğu paradoksal vəziyyət yaranıb.

Simonyan müxalifəti əsas problem adlandırıb: “Çünki o, xalqı təmsil etmir, hansısa keçmiş məmurların maraqlarını təmsil edir, deməli, o yoxdur, bir neçə iri oyunçu var”.

Simonyana görə, xalqın nə iqtidarda, nə də müxalifətdə elə də çox seçimi yoxdur. Bundan əlavə, mövcud hökuməti sevməyən vətəndaşlar, hələ də "ən azı köhnələr deyil" məntiqi ilə ona üstünlük verirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam