Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan yalnız indi seçki keçirərsə... –İsgəndəryan

 

Nikol Paşinyanın reytinqi maksimum həddə çatıb.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.

“Növbədənkənar seçkinin keçirilməsi üçün geniş sosial dəstək var. Bunu İrəvan Şəhər Şurasına keçirilən seçkinin nəticələri də sübut etdi. Əgər İrəvanın daxilindəki vəziyyəti rayonlarla müqayisəli analiz etsək, o zaman elə də böyük fərq görmərik.

Hazırda əsas problem siyasi mənsubiyyətlə bağlıdır. Respublikaçılar Partiyası kompromisə getməyə maraqlı deyil. Üstəlik, Çiçəklənən Ermənistan Partiyasıyla da hökumət problemlər yaşayacaq. Paşinyanın Şəhər Şurasına keçirilən seçkidə topladığı 82%-lik səs maksimumdur və bundan sonrakı dönəmdə onun reytinqinin artması çətin olacaq. Bu, müəyyən müddət bu cür qalacaq və sonradan azalacaq. Ona görə də doğru seçim seçkini indi keçirməkdir”, – deyə o bildirib.

O, hazırda Ermənistanın partiya sisteminin bərbad vəziyyətdə olduğunu deyib:

“Çiçəklənən Ermənistan Partiyasının hansısa perspektivləri var, amma o, yetərli deyil. Çox ciddi səs toplamaq partiyalar üçün çətin olacaq. Respublikaçılar Partiyası da silkələnmək ərəfəsindədir. Bu partiya hakim olduğu üçün mövcudluğunu qoruyurdu. Parlamentdə fraksiyalar var, amma partiyalar faktiki olaraq yox olublar. İndiki şəraitdə siyasi meydanda real müxalifətin qısa zaman ərzində yaradılması qeyri-mümkündür”.

Qeyd edək ki, N.Paşinyanın hazırkı reytinqindən istifadə edərək, dekabra qədər növbədənkənar seçki keçirməyə cəhd etdiyi bildirilir. Ancaq parlamentdə çoxluğa malik Respublikaçılar Partiyası bütün vasitələrlə buna mane olur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam