1. Son iki gündə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələrinin Azərbaycana gəlişi haqda məlumatlar yayılır;
2. Prezident 10 noyabr razılaşmasından sonra ilk dəfə Xankəndi və sülhməramlılarla bağlı açıq şəkildə danışdı:
- Xankəndi Azərbaycan ərazisidir, xarici vətəndaşların ora gəlişi yalnız Bakının icazəsi ilə mümkün ola bilər;
- Sülhməramlılar funksiyasına uyğun fəaliyyət göstərmir;
3. Moskvada İlham Əliyevlə Paşinyanın görüşünə hazırlıq getdiyi informasiyaları var: sülh müqaviləsinin imzalanacağı deyilir;
Yenixeber.org: Bu üç proses bir-birinə bağlıdır və Türkiyədən Azərbaycana hərbi uçuşların intensivləşməsinə paralel olaraq, Prezidentin Xankəndi mesajı, sülhməramlıları tənqid etməsi Moskva görüşünə hazırlıq hesab oluna bilər.
Bakı Moskvada mümkün görüşə - yekun sülh müqaviləsinin imzalanmasına güclənərək gedir.
Türkiyədən gələn hərbi təyyarələrin yükü haqda məlumat yoxdur, lakin bunun Birgə Monitorinq Mərkəzi üçün gəlmədiyi, yaxud minatəmizləyən qrup olmadığı ehtimalı böyükdür. Bu baxımdan bölgəyə əlavə hərbi qüvvələrin gətirildiyi versiyası ön plana çıxır.
Türkiyədən hərbi qüvvələrin bölgəyə gəldiyi ehtimalından çıxış etsək, bunu Azərbaycanın A və B planı kimi şərh etmək olar.
A planı: Moskva görüşü...
1. Üçtərəfli razılaşmadan iki aya qədər vaxt keçib, lakin rus sülhməramlıları funksiyasını yerinə yetirmir: silahlı ermənilər hələ də bölgədədir. Mümkün Moskva görüşündə Azərbaycanın ilk tələbi olacaq bu məsələnin həlli üçün türk ordusu rusların masasında Bakının qarantdır;
2. Bu qarant həm də yekun sülh müqaviləsində şərtləri Bakının diktə etməsi üçün vacibdir;
Və Prezident görüşdən öncə Bakıda mövqeyini sonuncu dəfə dəqiqləşdirir: Xankəndi Azərbaycan ərazisidir; sülhməramlılar üçtərəfli razılaşmada müəyyən edilən funksiyasına uyğun davranmalıdır;
B planı: görüş baş tutmasa, yaxud şərtlər qəbul edilməsə...
- Erməni baş nazir Nikol Paşinyan epidemiyaya görə təcrid olunub.
a) Paşinyan yekun sülh müqaviləsinin imzalanmasını gecikdirmək üçün bəhanə irəli sürür; (prezident Armen Sarkisyanın da koronavirusa yoluxması bu kontekstdə diqqət çəkir).
b) Ermənistan və Rusiya daxilində yeni reallığı qəbul etməyən qüvvələr erməni baş nazirin görüşə gəlməməsi üçün onu “təcrid” edir: Rusiyanın daxilində baş verənləri qəbul etməyən qüvvələrin mövcudluğu sirr deyil; yaxud “təcrid” planı birbaşa Moskvanın vaxt qazanmaq planı ola bilər;
Hər iki halda görüşün baş tutmaması, yaxud vaxtının uzanması ehtimalı var.
- Görüşdə Bakının şərtləri qəbul edilməsə: rusların 10 noyabrdan sonra həm Qarabağdakı fəaliyyəti, həm də rəsmi açıqlamalarda “cığallıq” etməsi masada istəklərini reallaşdırmaq üçün dirənəcəklərini istisna etmir.
Azərbaycan bütün mümkün riskləri nəzərə alır: diplomatik masada məsələ həll olunmasa, şərtlər hərbi cəbhədə diktə olunacaq, bu dəfə anti-terror əməliyyatları ilə; Türkiyədən intensiv uçuşlara da bu kontekstdə baxa bilərik;
Və təbii ki, hərbi bazanın yaradılmasına hazırlıq heç bir halda istisna deyil.