Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Onlar da Paşinyana qarşı çıxdı: -Ermənistanda gərginlik 

Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik 

“Dağlıq Qarabağ Respublikasının” (“DQR”) keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib. 

Yenixeber.org: Nikol Paşinyan bir neçə gün əvvəl bəyan etmişdi ki, “DQR”in hazırki “prezidenti” Araik Arutyunyan ona zəng vuraraq müharibənin dayandırılmasının zərurət olduğunu bildirib. Baş nazir əlavə edib ki, Arutyunyan bunu həm də Ermənistanın və “DQR”in keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Bako Saakyan və Arkadi Qukasyanın adından deyib.

Bako Saakyan və Arkadi Qukasyanın buna cavab olaraq yaydığı bəyanatı təqdim edirik:

“Müharibənin əvvəlindən Qarabağın hazırki rəhbəri Araik Arutyunla mütəmadi əlaqə saxladığımızı, onunla müharibənin gedişini, sülh danışıqlarının bərpa etmək imkanlarını və digər məsələləri müzakirə etdiyimi bəyan edirik.

Döyüş əməliyyatlarından sonra müharibədə iştirak edən hərbi vəzifəlilər, komandirlər, döyüşçülərlə çoxsaylı görüşlə və məsələhətləşmələrdən sonra bu qənaətə gəldik ki, dərhal atəşkəs üçün addımlar atılması zərurətə çevrilib.

Oktyabrın 19-da Araik Arutyunyan müharibənin dayandırılması və Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpası ilə bağlı həmsədr ölkələrin prezidentlərinə və Ermənistanın Baş nazirinə məktub ünvanladı. Ancaq Paşinyan, Azərbaycanın siyasəti nəticəsində situasiyanın gərginləşməsi fonunda bu məktublar əhəmiyyətini itirib. Həqiqət bundan ibarətdir.

Ermənistan Baş nazirinin gerçəkliyə uyğun olmayan qeydlərinə gəlincə, lazımsız spekulyasiyalardan və əsassız müzakirələrdən çəkinmək üçün bu anda onlara toxunmamağı məqsədəuyğun hesab edirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam