Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

"Ermənistan Xocalını qaytarmır, mən oraya gedə bilmirəm" -deputat

 

Müharibə meydanında Azərbaycan ordusunun qarşısında məğlubiyyətə uğrayan Ermənistan Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatların dayandırılmasına nail oldu.

Yenixeber.org: Ancaq ”10 Noyabr razılaşması”ndan sonra rus sülhməramlılarının bölgəyə gəlişi Ermənistanı təxribatçı əməllərinə davam etməyə stimul verib.

Belə ki, razılaşmaya zidd gedən Ermənistan işğalda saxladığı digər bölgələrimizi qaytarmaq niyyətində deyil.

Hadruta son hücum da bunu deməyə əsas verib.

Bu prosesdə Rusiyanın tərəddüdlü və riyakar mövqeyi də diqqətdən yayınmır. Qarabağdakı ermənilərə yardım edən Rusiya sülhməramlı missiyasından daha çox Ermənistana dəstəyini ifadə edir.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Gununsesi.info-ya müsahibəsində yaranmış vəziyyəti dəyərləndirməyə çalışıb.

– Elman müəllim, Xocalıdan nə xəbər var? Ermənilər deyəsən, Sizin şəhəri qaytarmaq niyyətində deyil.

– Ermənilər təkcə Xocalını yox, ümumiyyətlə işğal etdikləri bir qarış da torpaqlamızı qaytarmaq fikrində deyildilər. Ancaq biz torpaqlarımızı işğaldan azad etdik. Müəyyən ərazilər var ki, onların geri qaytarılması üçün proses gedir. Ağdərə, Xankəndi, Xocalı, Xocavəndin bir hissəsində hələlik erməni silahlı birləşmələri qalmaqda davam edir. Ancaq biz o dediyim ərazilərin hamısını erməni silahlı birləşmələrindən azad edəcəyik. Tam əmniliklə deyirəm ki, biz bütün ərazilərimizi azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq. Xocalılar da, Xankəndnin, Xocavəndin, Ağdərənin sakinləri də səbirsizliklə o günü gözləyirlər.

Rəsmi məlumat deyirəm ki, Xocalının Xankəndi – Şuşa istiqamtində olan 11 yaşayış məntəqəsində- Çanaqçı, Sığnaq, Baharlı, Dəmirçilər və s Azərbaycan ordusunun nəzarətindədir, bu ərazilər düşməndən tam təmizlənibdir.

Eyni zamanda məlumat üçün deyirəm ki, atıq bir həftəfən çoxdur ki, Xocalı rayon polis şöbəsinin bir qrup polis işçisi Daxili Qonunlarımızla birlikdə, həmin ərazidə yerləşib və orada asayişi bərpa edilər. Həmin ərazilərdə xidmət aparırlar.

– Xocalının deputatı kimi rayona səfər etmisinizmi?

– Hal-hazırda Xocalı düşmən nəzarətindədi. Bizim ora getməyimiz də mümkün deyil . Oranı düşməndən təmizləyəcəyik və gedəcəyik. Biz qarış da olsun ərazimiz düşmən nəzarətində qalmayacaq. Zamana ehtiyac var.

– Bu o deməkdir ki, münaqişə həllini tapmayıb və qarşıda zamanı gözləməliyik?

– Uzun zamandan söhbət gedə bilməz, söhbət ay söhbətidir. Yəni ki, söhbət Şuşanı, Füzulini və digər bölgələrimizi gölədiyimiz kimi on illərdən getmir. Bu gün Şuşaya getdiyimiz kimi Xocalıya da gedəcəyik. Bu prosesi 2021-də yaşayacağıq.

Prezidentimiz də bəyan edib ki, təxribat olacaqsa, cavabı da ağır olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam