Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müharibənin fitili bu payız çəkiləcək -Qarabağda savaşı qaçılmaz edən kritik gəlişmələr

Sərhəddəki toqquşmadan sonrakı nisbi sakitliyi diplomatlar pozmasa, toplar pozacaq; Şuşanın işğalı əməliyyatına başçılıq edən erməni general: “Biz, faktiki, müttəfiqsiz qalmışıq, Türkiyə Azərbaycanla...”

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu yenidən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində peyda olub. Məlumatlara görə, o, işğalçı ordunun buradakı qərargahına baş çəkib. Onu oyuncaq rejimin rəhbəri Araik Arutyunyan və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin komandanı Cəlal Arutyunyan müşayiət edib.

Bildirilir ki, Arutyunyan Qarabağdakı erməni hərbi birləşmələrinin vəziyyəti və bölgədəki son hərbi durumla bağlı Paşinyana məlumat verib. Onlar təmas xəttindəki zastavalara da baş çəkiblər.

Paşinyan Qarabağa gəldi

Qeyd edək ki, iyul ayında Tovuzla sərhəddə baş verən hərbi toqquşmadan və işğalçı ölkənin heç nəyə nail ola, hər hansı yeni mövqe, ərazi ələ keçirə bilməməsindən sonra Nikol Paşinyan və onun güc nazirlərinin Qarabağa qanunsuz səfərləri intensivləşib. Böyük ehtimalla, bu da onunla bağlıdır ki, dövlətlərarası sərhəddəki fiaskonun ardınca Ermənistan əsas zərbəni Qarabağ istiqamətindən və ona bitişik ərazilərdən gözləyir. Yəni sırf müharibə təlaşı.

*****

Qarabağda erməni əsgəri ölüb » AzadSəs

Hər halda, Ermənistanın Tovuz-Qazax səmtində tezliklə növbəti analoji avantüraya gedəcəyi inandırıcı deyil. Çünki “barmağı” yaxşıca yanıb. Əvvəla, daha bir belə cəhd olarsa, cavabını ikiqat, üçqat alacağını artıq bilir. Digər yandan, Tovuz təxribatı Ermənistanı beynəlxalq arenada, faktiki, təklənməsinə gətirmiş oldu. ABŞ Konqresində ilk dəfə Ermənistanın adının işğalçı kimi keçdiyi sənəd qəbul olundu, dünya erməni lobbisi Azərbaycan-Türk lobbisindən yağlı şillələr “yedi”, Rusiyada soydaşlarımız Ermənistana iqtisadi müharibə elan etdi və ermənilər əl-ayağa düşməyə, yalvarmağa başladılar.

Bundan əlavə, hətta KTMT, müttəfiq Rusiya belə, Ermənistanın yanında durub onu haqlı çıxarmadı, müdafiə etmədi. Rusiyanın erməni kökənli XİN rəhbəri Sergey Lavrov belə, İrəvanı açıq şəkildə suçlayaraq bəyan etdi ki, məhz erməni tərəfinin Azərbaycanın neft-qaz kəmərlərinin keçdiyi ərazinin 15 km-dəki köhnə sərhəd-nəzarət keçid məntəqəsini ələ keçirmək cəhdi iyul toqquşmasına gətirib. İrəvanın öz “boyunu aşan avantürası”nın (Ərdoğan) acı nəticəsi kimi həmçinin qardaş Türkiyə Azərbaycanda daha da möhkəmləndi, iki ölkənin hərbi-siyasi ittifaqı yeni məzmun aldı - hansı ki, Ermənistan bir yana, Rusiyada da təlaş doğurdu.

Xülasə, Tovuz avantürasının bədəli Paşinyan iqtidarı üçün çox ağır oldu. Deyəsən, bunu Ermənistanda indi-indi hesablamağa başlayıblar...

*****

“Azərbaycanın növbəti addımları oktyabr-noyabr aylarında görünəcək və bu addımlar Ermənistana yox, ”artsax"a qarşı atılacaq".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1in.am saytına müsahibəsində erməni general, Şuşanın işğalı əməliyyatına başçılıq etmiş Arkadi Ter-Tadevsoyan deyib.

 “Sərhədə gərginliyin bitməsi çox yaxşıdır. Türkiyə ilə Azərbaycan ortaq hərbi təlimlər keçirdi və başa çatdı. Ancaq bir şey var - Türkiyə Azərbaycanda özünü böyük qardaş kimi hiss edir və bəzi şeyləri tətbiq etməyə çalışır. Azərbaycanı Ermənistana qarşı təhrik edir. Bu, bizim üçün çox anlaşılmaz və təhlükəli vəziyyətdir”, - deyə o narahatlıqla qeyd edib.

Paşinyan Qarabağda:

Onun fikrincə, Qarabağdakı yeni müharibə zamanı çox şey Rusiyanın özünü necə aparmasından asılı olacaq: “Pis şey odur ki, biz çətin vəziyyətdən çıxmaq istəyərkən öz səhvlərimizi başqalarının üzərinə atmağa çalışırıq, ”ruslar kömək etmədilər, bunu vermədilər, onu vermədilər" deyirik və s. Ancaq özümüz çox səhvlər edirik və bu barədə susuruq. Həqiqət budur ki, bizə kömək edən bir dövlət yoxdur. Bəli, Rusiya var, ancaq zaman keçdikcə Rusiyadan uzaqlaşırıq. Azərbaycanın növbəti addımları oktyabr-noyabr aylarında görünəcək və bu addımlar Ermənistana yox, “artsax”a (Dağlıq Qarabağdakı kriminal rejimə - A.X.) qarşı olacaq".

*****

Erməni generalın sözündəki təlaş əslində anlaşılandır. Əlbəttə ki, Rusiyanın köməyi olmasa və Azərbaycanla hərbi balans təmin edilməsə, Türkiyə ilə getdikcə daha sıx yaxınlaşan və “ət-dırnaq” kimi olan Azərbaycanın torpaqlarını bircə ay da işğal altında saxlamaq mümkün olmaz. Ermənistanda könüllü dəstələrinin yaradılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanmasının və ictimai müzakirələrə çıxarılmasının (sənədə görə, erməni könüllülərin sayı 100 min nəfər olmalıdır) əsas hədəfi də budur - Azərbaycanın hərbi yumruğuna dözüm göstərmək. Biz hələ onu demirik ki, Rusiyanın hərbi-siyasi, maliyyə-iqtisadi dəstəyi olmadan bölgədə Ermənistan adında saxta dövlət, ümumiyyətlə, öz mövcudluğunu qoruyub saxlaya bilməz.

Bu da faktdır ki, Ermənistanın işğalçı ordusuna çağırışçı planı dolmur. Çünki Ermənistan demoqrafik problem yaşanır. Əhalinin ölüm faizi təbii artım faizini üstələyir. Pandemiyaya görə bağlanmış sərhədlər açılan kimi şəkk-şübhəsiz, ölkədən kütləvi köç təzədən bərpa olunacaq. O zaman “könüllü” tapmaq da çətinləşəcək. Yalnız xaricdən, Livandan, digər ölkələrdən terrorçu-muzdlular gətirmək olar kı, onların da nizami Azərbaycan Ordusunun qarşısında duruş gətirməsi mümkünsüzdür.

Sülh şansları isə təcavüzkar tərəfin maksimalist və təxribatçı mövqeyi üzündən get-gedə daha da azalır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya ilk səfəri zamanı həm Moskvaya, həm də onun satelliti Ermənistana belə bir mesaj çatdırdı ki, rəsmi Bakı bundan sonra nəticəsiz danışıqlarda vaxt itirmək fikrində deyil.

Zaman gedir. İyuldakı sərhəd toqquşmasından sonrakı nisbi sakitliyi diplomatlar pozmasa, toplar pozacaq. Həm də çox tezliklə...
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam