Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əli Əliyev: -"O adam nə Pənah Hüseyndir, nə də ki, rəhmətlik Elçibəydir" - VİDEO

 

“Vətəndaş və İnkişaf” Partiyasının sədri Əli Əliyevin Müsavat tv-yə verdiyi müsahibə, siyasi klaurlarda ciddi müzakirə mövzusuna çevrildi.

Yenixeber.org: Yəni, o, verdiyi müsahibəsində belə bir fikir ifadə edir ki, “1992-93-cü illərdə Qazıyev torpaqları azad etməsin, biz özümüz azad edək kimi, bir ixtilafın nəticəsində 30 illik, bu faciə ilə üzbəüzük”. Eyni zamanda Əli Əliyev onu da qeyd edib ki, “hakimiyyətdə olan bir başıboşun qüsuru səbəbindən, biz bu günlərdə də şəhid verməkdə davam edirik. Torpaqlarımızın bir hissəsi də işğal altında qalmaqdadır”. Belə bir açıqlamanın 1992-93-cü illərdə milli hökumətin dövründə vəzifə sahibi olan şəxslərdən hansının ünvanına yönəlməsi, GundemXeber.Az saytı olaraq bizi də olduqca düşündürdü. Belə bir səbəb üzündən də, VİP sədri Əli Əliyev ilə əlaqə saxlamağı və onun ifadə etdiyi fikirlərin kimə aid olduğunu dəqiqləşdirməyə çalışdıq. Elə ki, partiya sədrinə bu mövzuda sual ünvanladıq, o halda o, “Bilirsiniz, həmin vaxt hakimiyyətin daxilində ixtilaf olub, həmin ixtilafın ünvanı sizlərin düşündüyünüz mərhum Əbülfəz Elçibəy deyil. Bu söz onun ünvanına deyilməmişdir, mənim qəlbimdə onun böyük yeri var.



Gedin o dövrü araşdırın, görün o dövrdə mübarizəni kim aparıb. Hakimiyyətin daxilində kim “Rəhim Qazıyev azad etməsin, biz özümüz azad edəcəyik” bəyanatının müəllifidir. O adam nə Pənah Hüseyndir, nə də ki, rəhmətlik Əbülfəz Elçibəydir”. Elə ki, ona həmin şəxsin adını açıqlaya bilərsinizmi deyə sual verdikdə “Mən sözdür atmışam, sahibi götürəcək. Siz bilirsiniz mən kimə deyirəm. Gedin araşdırın, görün kim Azərbaycanda Müdafiə naziri olmaq istəyirdi. Gedin Rəhim Qazıyevi danışdırın, ondan soruşun ki, “Bəy, kim sizə maneə olurdu torpaqları azad etməyə”. O milli hökumət bizim hakimiyyət olub, xalqın hakimiyyəti olub, xalq o hakimiyyətə çox bel bağlayıb. Yəni, ünvan başqadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam