Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İran XİN başçısının məntiqsiz isterikası

Yenixeber.org: İranın XİN başçısı Məhəmməd Cavad Zərif gözlənilmədən, səbəbsiz yerə qalmaqal yaradıb. Bu qədər böyük bir dövlətin baş diplomatı özünü ya kaprizli uşaq, ya da qısqanc ər kimi aparıb. Səbəb Türkiyə prezidenti Erdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında şair Bəxtiyar Vahabzadənin şeirindən sitat gətirməsi olub.

O, öz Twitter hesabında yazıb: “Prezident Erdoğan Bakıda söylədiklərinin Arazın şimalındakı İran ərazilərinin zorla işğal edilməsinə aid olduğu barədə məlumatlandırılmayıb. Yəni o, Azərbaycan Respublikasının suverenliyini pozduğunu başa düşmürdü?”. Daha sonra Zərif yazıb ki, heç kim “bizim sevimli Azərbaycanımız” haqqında belə danışmaq hüququna malik deyil.

İranlı diplomat bununla nə demək istədiyini, deyəsən, özü də başa düşməyib.

Söhbət Azərbaycan Respublikasının suverenliyindən gedirsə, bu ölkənin öz rəhbərliyi var və o, öz suverenliyini qorumaq iqtidarındadır, burada Tehranın dəstəyinə ehtiyac yoxdur. Və əgər İran azərbaycanlıları bu qədər sevirsə, qoy milliyyətcə azərbaycanlı olan 30 mln. vətəndaşının hüquqlarını təmin etsin.

Bu halda İranın qısqanclığı, çox güman ki, Tehranın Qarabağ münaqişəsinin nizamlanması məsələsindən kənarda qalmasından irəli gəlir. Onillər boyunca İran Ermənistanın əsas iqtisadi tərəfdaşlarından biri olub və bu ölkəyə hər cür yardım edib, sözdə isə Azərbaycana sevgisinə and içib. Azərbaycan məsələni hərbi yolla həll etdikdə isə Tehran “oyanıb” və hər gün Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təkrar edib.

Naxçıvan və Azərbaycanın qalan əraziləri arasında quru əlaqəsinin bərpa edilməsi Tehranın xüsusi narazılığına səbəb olub, çünki artıq İranın xidmətlərinə ehtiyac qalmayacaq. Görünür, Məhəmməd Zərif bütün bu “bədbəxtlikləri” həzm edə bilməyib.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam