Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyev milli birliyə necə nail oldu? –Dəmir yumruğun sirri

İlham Əliyev milli birliyə necə nail oldu? – Dəmir yumruğun sirri

Vətən Müharibəsi Azərbaycanın parlaq qələbəsiylə başa çatdı. Ermənistanın noyabrın 10-da biabırçı kapitulyasiya aktını imzalaması ilə Azərbaycan tarixində yeni mərhələ başladı. 44 günlük müharibə nəticəsində çoxillik tarixə malik olan Dağlıq Qarabağ münaqişəsi kökündən həll olundu.

Yenixeber.org: Qələbəni şərtləndirən amillər çoxdur. Sözsüz ki, bu siyahıda xalq-iqtidar birliyi birinci sırada dayanır. Əldə olunun milli birlik və həmrəylik düşmən üzərində parlaq qələbəni təmin etdi. Arxa cəbhənin ön cəbhəyə vermiş olduğu müdhiş dəstək düşmənin diz çökməsini daha da sürətləndirdi.

Azərbaycan cəmiyyəti milli birliyə və həmrəyliyə necə nail oldu? Müharibə dövründə hava və su qədər zəruri olan xaql-iqtidar birliyini təmin etmək necə mümkün oldu?

Sözsüz ki, Vətən Müharibəsinin gedişi və nəticələri uzun müddət ən müxtəlif aspektlərdən təhlil olunacaq. Tarixçilərlə yanaşı, hərbi ekspertlər, psixoloq və sosioloqlar da bu mövzunu tədqiq edəcəklər. Amma yaxın keçmişə ekskursiya etməklə də ilkin mülahizələr səsləndirmək mümkündür.

Müşahidəçilər İkinci Qarabağ Müharibəsinin düşmənin biabırçı məğlubiyyətilə başa çatmasını ilk növbədə Azərbaycan cəmiyyətində hakim olan milli birlik və bərabərlik faktoruyla əlaqələndirirlər. Ümumi rəy bundan ibarətdir ki, hələ müharibə başlamamışdan Azərbaycan cəmiyyəti daxildə birliyə nail olmuşdu. Bunda Azərbaycan Prezidentinin birləşdirici rola malik olması öz sözünü demişdir. Prezident İlham Əliyevin cəmiyyətdəki yüksək nüfuzu xalqın onun ətrafında sıx birləşməsini təmin etmişdir.

Müharibədən bir neçə ay əvvəl Azərbaycanda korrupsioner və rüşvətxor məmurlara qarşı başladılan mübarizə xalqın Prezidentə və onun başında dayandığı hakim komandaya olan inamını daha da artırmışdır. Dövlət başçısının sosial layihələrin icrasını heç bir şərt daxilində dayandırmaması, pandemiya dövründə aztəminatlı ailələrə ciddi sosial dəstəyin göstərilməsi ökədə vətəndaş həmrəyliyini təmin edən faktorların sırasında yer alır. Xalqın dövlətinə bəslədiyi sonsuz inamın müharibə dövründə də sarsılmaması düşmənin iaradəsinin vaxtından əvvəl qırılmasını təmin etdi.

Vətən Müharibəsi Azərbaycanda dayanıqlı həmrəylik yaradıb. Bu isə post müharibə dövründə qarşıda dayanan mürəkkəb problemlərin daha asan həllini mümkün edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam