Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Mübariz postu”na bayrağımızı sancan mayor: -“Mənim üçün şərəfli gün idi”

“Mübariz postu”na bayrağımızı sancan mayor:  “Mənim üçün şərəfli gün idi”
44 günlük Vətən Müharibəsinin ən yadda qalan anlarından biri Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağının sancılması oldu. Posta üçrəngli bayrağımızı sancan hərbi qulluqçu Rauf Musayevdir.
Yenixeber.org: Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayev açıqlamasında bildirib ki, həmin postdakı düşmən qüvvələrinin müqavimətini qıraraq onları məhv ediblər.



Zabitimizin sözlərinə görə,“Mübariz postu”na Azərbaycan bayrağının sancılması şərəfli gün kimi tarixə düşəcək: “2016-ci ilin Aprel döyüşlərində mən o postda yaralanmışdım. Vətən Müharibəsində qismət oldu ki, Milli Qəhrəmanımızın düşmənə ağır zərbə vurduğu posta bayrağı sancım. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın torpaqlarının erməni tapdağından azad edilməsi qürurverici haldır və xalqımızı qələbə münasibətilə təbrik edirəm”.



R.Musayev bildirib ki, Azərbaycan Ordusunun qətiyyəti və əzmi sayəsində düşmən darmadağın edilib.

“Sentyabrın 27-dən sona qədər döyüşlərdə oldum. Bir cümlə ilə deyim ki, bu qələbə ilə Azərbaycan xalqı və Azərbaycan Ordusu tarix kitablarına düşəcək. Millətimizin dəstəyi yüksək səviyyədə oldu, Ordumuzun gücünü bütün dünya gördü, əsgərlərimizin, xalqımızın necə əzmkarlıqla vuruşmağını, yaralılarımızın yenidən cəbhəyə qayıtmasını hamı gördü. Bu, təbii ki yüksək nəticədir. Həkimlərimiz sağ olsun ki, bizə dəstək oldu. Bu tarixə qızıl hərflərlə yazılan bir dövrdür.

Bizim azad etdiyimiz Azərbaycan torpaqlarıdır. Biz öz haqqımızı aldıq. Ona görə də hər kəs böyük ruh yüksəkliyi göstərirdi. Əsgərlərimiz son nəfəsinə kimi vuruşmağa can atırdı və biz istədiyimizə nail olduq.

Hər kəndin, qəsəbənin azad edilməsində əsgərlərin keçirdiyi hissləri, duyğuları dillə demək olmur. Həmin anı yaşamaq başqa bir şeydir. Bunu izah etmək mümkün deyil. Həmin an insana daha çox güc, ruh verir”, - deyə mayor Musayev qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam