Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Minsk qrupunun uğursuzluğu-ŞƏRH

 Yenixeber.org: Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatda bir çox məsələlər özünə yer tapsa da həmin bəndlərdəki bir çox suallara rəsmi formada aydınlıq gətirilməyib.Həmin bəyanata əsasən ermənilər tərəfindən boşaldılmayan ərazilərdə yaşayan insanların vətəndaşlığı, Türkiyə ordusunun missiyası, bundan sonra münaqişənin tamamilə həll olunması üçün aparılacaq danışıqların formatı və bir çox məsələlər hələ də qaranlıq qalır. Bəs bütün bu məsələlər necə tənzimlənməlidir?Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev bu məsələlərlə bağlı danışıb.

 

                                                               ***

-Zaur bəy, Azərbaycan, Ermənistan və Rusiya arasında işğalda olan Dağlıq Qarabağ və ətraf 7 rayonun azad olunması üçün aparılan hərbi əməliyyatların dayandırılmasına dair imzalanmış bəyanatda hələ də qaranlıq qalan məsələlər var. Məsələn, boşaldılmayan ərazilərdə idarəetmə ilə bağlı. Həmin ərazilərdə idarəetmə kimdə olacaq? Belə vəziyyətlərdə idarəetmə kimdə olmalıdır?

 -Üçtərəfli bəyanat siyasi sənəddir və bu sənəddə bütün texniki və siyasi məsələlərin həllinin əksini tapmaması başa düşüləndir. Təbii ki, bəyanatda çatışmayan və göstərdiyiniz məsələlərin yaranmasının kökündə isə Rusiya sülhməramlılarının mandatının əks olunmamasıdır. Bəyanatdan rus sülhməramlıların bölgədə qalma tarixi göstərilsə də daha detallı hansı funksiyaları yerinə yetirəcəyi və göstərilən tarix xaricində hansı şərtlərdə missiyasını başa vuracağı əks olunmayıb. Belə deyək, rus sülhməramlıları yerləşdiyi bölgədə erməni hərbi birləşmələri tərksilah edəcəkmi, idarəetmənin formalaşmasında yer alacaqmı və alacaqsa hansı formada, polis funksiyasını yerinə yetirəcəkmi və bunun kimi mandatla bağlı xeyli sual açıq qalır. Eyni zamanda 5 il müddətindən daha tez zamanda Azərbaycan və Ermənistan yekun sülh razılaşmasına gəlsələr, bu, rus sülhməramlıların bölgəni tərk etməsi üçün əsas olacaqmı? Zənnimcə, bu sualların cavablarını qarşıdakı aylarda ala biləcəyik və təbii ki bu danışıqların predmeti olacaq.

 

-Bəyanata əsasən boşaldılmayan ərazilərdə yaşayan vətəndaşlar hara vətəndaşı hesab olunmalıdırlar? Hansı ölkənin pasportunu daşıyacaqlar? Hansı ölkənin bayrağı altında yaşayacaqlar? Hansı qanunlar işləyəcək? Statusları nə olacaq? Bəyanatda bunlar da yoxdur. Bu məsələ necə tənzimlənəcək?

-Bu məsələ danışıqlar yolu ilə tənzimlənəcək. Rus sülhməramlıların bölgədə olduğu müddətdə və yerləşdikləri ərazidə demək olar ki aralıq statusunun formalaşa biləcəyindən söhbət gedə bilər. Təbii ki, aralıq statusu sülh danışıqları zamanı müzakirə olunurdu, bunun məhz bəhs etdiyiniz məsələlərə aydınlıq gətirməsini nəzərdə tuturdu. Amma əgər sülh müqaviləsi bağlansaydı, detallar müzakirə olunacaq və qəbul ediləcəkdi. Müharibədən sonra yaranmış yeni situasiyada isə adı qoyulmamış və detalları bilinməyən ‘aralıq statusu’nun olduğunu görürük. Bu suallar yalnız danışıqlar yolu ilə tənzimlənə bilər.

-Boşaldılmayan ərazilərdə Rusiya bayraqları dalğalanır. Azərbaycan bayraqları gözə dəymir. Bu, belə olmalıdırmı? Yəni, belə olması normaldırmı?

-Belə bir norma mövcud deyil. Çoxmillətli missiyalarda həmin sülhməramlıların missiyasının adını daşıyan bayraq dalğalanır və iştirakçı dövlətlər də nəzarət etdikləri ərazilərdə çaşqınlıq yaratmamaq üçün həm missiyanın, həm də öz dövlətlərinin bayraqlarından istifadə edə bilirlər. Məsələn, NATO-nun rəhbərliyi ilə Kosovada təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələrdə üzərində KFOR yazılmış bayraqlardan istifadə olunurdu. Amma, məsələn, Əfqanıstanda deyək ki Türkiyə və digər dövlətlər sülhməramlıların nəzarət etdikləri ərazilərdə patrul funksiyasını yerinə yetirəndə öz ölkələrinin bayraqlarından da istifadə edirdilər. Bu baxımdan rus sülhməramlıların KFOR tipli bayrağı MS (rus dilində sülhməramlı qüvvələr) adı ilə var, amma eyni zamanda Rusiyanın bayrağından istifadə edirlər. Burada çoxmillətli sülhməramlılar olmadığı üçün əslində başa düşüləndir.

 

Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov qondarma rejimin rəhbəri ilə bir neçə görüşlər keçirib. Bu görüşlərin keçirilməsi də bir çox insanlarda qıcıq yaradır. Bu o demək deyilmi ki, Rusiya hələ də həmin şəxsi rəsmi şəxs kimi qəbul edir?

-Rus sülhməramlıların nəzarət etdikləri ərazilərdə işlərinin mexanizmini müəyyən etmək, ermənilərin geri qayıdışını və bununla bağlı məsələləri tənzimləmək üçün bu tipli görüşləri keçirməsi başa düşüləndir. Cari məsələləri tənzimləmələri üçün başqa bir alternativ mövcud deyil. Amma gələcəkdə idarəetmə ilə bağlı açıq qalan suallara aydınlıq gətiriləndə bu məsələ də öz həllni tapacaq.

- Mübahisə doğuran məsələlərdən biri də Türkiyə ordusunun buradakı missiyasıdır. Sülhməramlı kimi Rusiya ordusudur. Türkiyəni də sülhməramlı kimi qələmə versələr də bəyanatda belə bir bənd yoxdur. Bəyanatda sülh mərkəzindən söhbət açılır. İndi Türkiyə ordusunun buradakı missiyası nə olacaq? Onlar Rusiya sülhməramlılarına bərabər hüquqa malikdirlər, yoxsa onların burada olması bir qədər emosiyaların sakitləşdirilməsi üçündür?

 

-Türk sülhməramlıları atəşkəsə nəzarət etmək funksiyasını yerinə yetirəcək. Təbii ki, rus sülhməramlıları kimi onların sayında Türkiyə əsgərinin bölgəyə yerləşdirilməsi nəzərdə tutulmayıb. Amma rus və türk qüvvələrin atəşkəsə nəzarət üçün əməkdaşlığının detalları müzakirə olunur və iş bölgüsü bu zaman məlum olacaq. Bizim üçün türk sülhməramlıların sayca çoxluğu yox, ruslarla iş bölgüsündə mühüm imtiyazlara mallik olması vacibdir. Buna Laçın dəhlizinə nəzarət, patrul xidmətinin göstərilməsi kimi məsələlər daxil ola bilər. Çünki rus sülhməramlıların yerləşdiyi ərazilərə Ermənistandan nələrin gətirilməsi və oradan da nələrin aparılması üçün Laçın dəhlizində türk sülhməramlıların yer alması olduqca əhəmiyyət daşıyır. Bunun xaricində türk sülhməramlıların minadan təmizləmə işində də yer alması gözlənilir. Buna görə də mən Türkiyənin iştirakını (detallar tam məlum olmasa da) Azərbaycan əhalisini sakitləşdirmək yox, əksinə rus sülhməramlıların atəşkəsə nəzarət mexanizmində monopoliyasını aradan qaldırmaq və nəzarətdə ortaq rol almaları kimi görürəm.

-Bundan sonrakı məsələlər kimin vasitəçiliyilə həll olunmalıdır? ATƏT-in Minsk Qrupunun, yoxsa artıq onların missiyası başa çatıb və daha alternativ quruma ehtiyac var?

-“ATƏT-in Minsk Qrupunun missiyası başa çatıbmı?” sualına birmənalı cavab vermək olmur. Amma uğursuz olublarmı? Bu sualın cavabı aydındır və bu cavabı əslində özləri veriblər. Minsk Qrupunun mandatının göstərildiyi veb səhifədə qeyd olunur ki,  “tərəflər arasında Minsk konfransının çağırılmasına

imkan yaradacaq sülh razılaşmasına nail olunar və ATƏT-in çoxmillətli sülhməramlı qüvvələri sülhməramlı kimi bölgəyə yerləşdirilərsə, Minsk prosesinin uğurlu olduğunu hesab etmək olar”. Müharibə və rus sülhməramlıların yerləşdirilməsindən sonra göstərilən halların Minsk Qrupunun uğursuzluğu hesab etmək olar. Bundan sonra ATƏT çərçivəsində amma üç həmsədrin dominantlığı olmadan formatın genişləndirilməsi

ilə danışıqlara davam etmək olar. ATƏT-in Minsk Qrupunun daimi üzvlərinin (Almaniya, Türkiyə və digərləri) bu genişlənəcək formatda yer alması ilə danışıqlar yenilənmiş formatda davam etdirilə bilər.(astna.biz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam