Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlər Qarabağ bəyanatını müzakirə edib

2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.
Yenixeber.org: Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

Nazir Vendy Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yeriməsinin mühüm olduğunu qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam