Redaktor seçimi
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Günün xəbəri

“Müharibə gec-tez başlamalı idi”-"Rusiya obyektiv mövqedədir"

 

 “Azərbaycanın bir gün bu savaşa qalxacağına, torpaqlarımızı azad edəcəyimizə inanırdım”

Yenixeber.org: Müharibə mövzusunda növbəti həmsöhbətimiz xalq şairi, publisist, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır.

Sabir müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?

Qarabağ müharibəsi gec, ya tez, başlamalı idi. Son vaxtlar Ermənistanın davamlı törətdiyi təxribatlar, tez-tez atəşkəsi pozması və sonda Tovuza olan hücumlar, eləcə də ətraf yeddi rayonu belə Dağlıq Qarabağa qatmaları, yeni torpaqlar üçün savaşa başlayacaqlarını bəyan etmələri, bütün bunlar hamısı göstərirdi ki, Azərbaycan sakit qala bilməz. Hökmən bütün bunlara cavab verilməli idi. Təbii ki, bu müharibənin başlamasını hər an gözləyirdim.

Aparılan əməliyyatlar nəticəsində bir çox şəhər və kəndlərimiz işğaldan azad olunub. Minsk Qrupunun həmsədr ölkələri isə atəşkəsin bərpasını tələb edirlər. Bu barədə razılaşmalar da əldə olunur, amma ermənilər riayət etmir. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?

Ermənistan atəşkəs istəsə də, çox qısa zaman kəsiyində yenidən öz istədiyi atəşkəsi pozması göstərdi ki, onların atəşkəs çağırışlarına o qədər də bel bağlamaq olmaz. Ona görə də, müharibə davam etdiriləcək.

Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

Rusiyanın mövqeyi son dərəcədə obyektiv və ölçülü-biçili, normal dövlət siyasətinə uyğun bir mövqedir. Putin ciddi siyasətçidir və onun açıq-aşkar “Rusiya Ermənistana necə münasibət bildirirsə, Azərbaycana da o münasibəti bildirir” deməsi, savaşın Azərbaycanın ərazisində getdiyini, KTMT-nin bu işə qarışmasına səbəb olmadığını söyləməsi də Rusiyanın obyektiv mövqedə olduğunun göstəricisidir. Çox ağıllı və müdrik bir mövqedir.

Qarabağ müharibəsi mövzusunda yeni əsər yazmaq düşüncəniz varmı?

Mən bu mövzu ilə bağlı dəfələrlə yazı yazmışam. Vaxtilə “Difai Fədailəri” romanını yazmışam. Erməni terroruna qarşı mübarizə təşkilatı olan Difai Hərəkatı barədə olan romanın böyük bir hissəsi Qarabağ haqqındadır. Türkiyədə “Qarabağ hekayələri” kitabım çap olunub. Çoxlu şeirlər yazmışam. Son günlər həmin şeirlərimə mahnılar bəstələyirlər, sosial şəbəkələrdə paylaşırlar. 25-30 ilin sonunda Azərbaycanın bir gün bu savaşa qalxacağına, torpaqlarımızı azad edəcəyimizə inamla, ümidlə yazılmış yazılardır. Ona görə də gələcəkdə yazılması ayrı bir məsələdir. Amma heç vaxt Qarabağ mövzusunu unutmamışam. O, mənim yaradıcılığımda son 30 ildə xüsusi yer tutub.

Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?

Hazırda yaranmış bu birlik, ordu-xalq-prezident birliyi bizim qələbəmizin əsaslarından biridir. Xalqın inamını, qələbə əzmini, bu iradəni və birliyi həmişə qoruyub, saxlamalıyıq. Nəhayət, ordumuza, döyüşçülərimizə uğurlar, can sağlığı və qələbə estafetini sona qədər daşımağı arzu edirəm.(pressklub)

Ülviyyə Şahin

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}