Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

“Müharibədən başqa çıxış yolumuz qalmayıb”- Elman Məmmədov

“Müharibədən başqa çıxış yolumuz qalmayıb” -  Elman Məmmədov
Müharibənin başlanması pandemiyanın olub-olmamasından və başqa məsələlərdən asılı deyil. Biz heç bir dövlətə müharibə elan etmək fikrində deyilik. Bunu Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. Biz torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlar keçirəcəyik.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, hərbi gücümüzdən istifadə edib antiterror əməliyyatları keçirməliyik: "Başqa çıxış yolumuz qalmayıb. Ölkə başçısı modul tipli hospitalın açılışı zamanı Aprel döyüşlərini elə-belə xatırlatmayıb. O, düşmənə bir daha xəbərdarlıq etdi. Təkcə düşmənə deyil, düşməni müdafiə edən həmsədr dövlətlərə, başqa beynəlxalq qurumlara da xəbərdarlıq etdi ki, siz işğalçı dövləti nə qədər müdafiə etsəniz də biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün düşməni darmadağın etmək gücünə malikik. Bunu Aprel döyüşləri sübut etdi. Bundan sonra ordumuz daha da güclənib".

Deputat qeyd edib ki, növbəti zərbələr düşmən üçün daha sarsıdıcı, daha öldürücü olacaq.

"Həmsədr dövlətlər deyilənlərdən nəticə çıxarmalı, işğalçı dövlətin ipini çəkməlidir. Ancaq bunlar nə edirlər? 30 ilə yaxındır həmsədr dövlətlərin verdiyi bəyanatlara baxmaq lazımdır. Bəyanatlarında qırmızı xətlə “çalışın gərginlik azalsın, qarşılıqlı etimad olsun, inam olsun”,- deyə qeyd edirlər. Onların bəyanatlarından belə çıxır ki, biz işğalla razılaşmalıyıq, barışmalıyıq. Demək, erməni mənim 20 faiz torpağımı işğal edib, torpağımda qeyri-qanuni hərəkətlər edir, biz də bunlara dözməliyik? Hələ gərginliyi azaltmalıyıq, atəşkəs olmalıdır, düşmənin də xətrinə dəyməməliyik? Bu, ermənin mövqeyidir. Erməni onlara arxayındır ki, Azərbaycanı müharibə etməyə qoymayacaqlar. Bunlar da 30 ilə yaxındır başımızın altına "sülh yastığı" deyilən yastıq qoyublar ki, danışıqlar yolu olmalıdır. Lakin mən bir məcburi köçkün kimi, Xocalı soyqırımını yaşamış insan kimi tamamilə bunun əksini deyirəm. Bu gedişlə sülh, danışıqlar yolu ilə problemin həlli yoxdur".

E.Məmmədov bildirib ki, problemin yeganə həll yolu hərb güc tətbiq etməkdir: "Bu gün buna bizim haqqımız, hüququmuz, gücümüz və imkanımız çatır. Ölkə başçısının çıxışında da bütün bunlara işarə olundu və sərt mesajlar verildi. Hesab edirəm ki, həmsədr dövlətlərin mövqeyi bizə başqa çıxış yolu qoymayıb. Yeganə çıxış yolumuz mövcud hərbi gücümüzdən istifadə edərək torpaqlarımızı işğaldan azad etməkdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam