Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ATƏT-in Minsk Qrupunun təşvişi-RİYAKARLIQ

 

 

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı BMT-nin Nizmanaməsinə və prinsiplərinə təmamilə ziddir və bütövlükdə BMT-nin, eləcə də, onların özlərinin, nüfuzuna ciddi zərbə vurur.

Yenixeber.org: Şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, müqəddəs torpaqlarımızı qarış-qarış yağı düşməndən azad edir, çoxdan gözlədiyimiz qələbələrlə hər gün xalqımıza yeni-yeni qələbə sevincləri bəxş edir. Cəbhədə gedən proseslər göstərir ki, xalqımızın apardığı VƏTƏN MÜHARİBƏSİNİN zəfərlə başa çatacağı gün uzaqda deyil! Bu gün regionumuzda baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir: dostlarımız qələbə sevincini bizimlə bölüşdüyü halda, bədxahlarımız, düşmənlərimiz, xüsusilə də regionda öz maraqlarını güdən və bu maraqlarını reallaşdırmaq üçün əsrlər boyu erməni faşistlərindən daim "alət" kimi istifadə edən türk düşmənləri vahimə içərisindədirlər. Xalqımızın, şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etmək əzmini görən və bu əzmin reallaşmaqda olduğunu dərk edən ATƏT-in Minsk Qrupunun xristian üçlüyü xüsusilə təşviş içindədir. Azərbaycanın əzəli və əbədi torpaqlarının özlərinin gizli və açıq dəstəyi ilə erməni faşitləri tərəfindən işğalına zəmin və imkan yaradanlar bu gün hər vəchlə bu işğala son qoyulmasına mane olmağa çalışır və bu zaman açıq şantajdan belə çəkinirlər.

2020-ci il il oktyabr ayının 5-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına dair qəbul etdikləri bəyanat bunu bir daha əyani şəkildə biruzə verməkdədir. Bəyanatda qeyd olunur ki:" Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır"(?). Bu reallığa qətiyyən uyğun gəlməyən, hədələrlə, təhdidlərlə dolu, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədinə köklənmiş uzdəniraq bəyanatda riyakarcasına qeyd edilir ki, "Həmsədr ölkələr bildirirlər ki, münaqişəni məhz biz həll edəcəyik (?), bu məsələ bizə həvalə olunub (?), başqası müdaxilə etməsin (!) və ya münaqişə tərəflərindən biri təkbaşına bu məsələni həll edəcəyini düşünməsin(!?)". Təqdirəlayiq haldır ki, Azərbaycan xalqı 27 ildir "onlara həvalə olunan məsələni" həll etmək istəməyən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin, əslində Azərbaycana unvanlanmış və faşit Ermənistanın müdafiəsinə hesablanmış bu fikirlərini qətiyyətlə rədd edir, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sülh danışıqlarının bərpası üçün irəli sürdüyü təklifi tam dəstəklədiyini açıq şəkildə bəyan edir! Azərbaycan xalqı xristian təəssübkeşliyindən irəli gələn, daima türk düşmənçiliyi mövqeyindən çıxış edən və erməni faşistlərini özlərinin məkirli niyyətlərinə alət edən bu uzdəniraq həmsədr ölkələrdən tələb edir ki, onunla zor dilində danışmağa son qoysunlar! Bədxahlarımız nəhayət dərk etməlidirlər ki, Azərbaycan xalqı, onun şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz doğma torpaqlarını mənfur düşməndən azad etmək əzmindədir və bu əzmi heç kəs qıra bilməz!

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən, eyni zamanda BMT-nın Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, RF və Fransa unutmasınlar ki, onların xarici işlər nazirlərinin yüxarıda qeyd edilən və beynəlxalq hüquqa təmamilə zidd və təhdidlərlə dolu olan üzdəniraq bəyanatı BMT-nin Nizmanaməsinə və prinsiplərinə təmamilə ziddir və bütövlükdə BMT-nin, eləcə də, onların özlərinin, nüfuzuna ciddi zərbə vurur. Unutmasınlar ki, beynəlxalq hüquqa görə QARABAQ AZƏRBAYCANDIR VƏ BU HƏMİŞƏ BELƏ OLAQCAQDIR!

Teyyub Qənioğlu: Azərbaycan Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam