Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Paşinyanın “nə hərb, nə danışıqlar” diplomatiyası: - “50 milyon azərbaycanlı, 5-6 milyon erməni...”

Paşinyanın “nə hərb, nə danışıqlar” diplomatiyası:


“Paşinyana 2016-cı il aprel döyüşlərində olduğu kimi elə bir dərs vermək lazımdır ki…”

Yenixeber.org: Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Fransada nəşr olunan “Nouvelle d’Arménie” jurnalına müsahibəsində, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirdiyi yeni absurd fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Paşinyanın sözlərinə görə, münaqişənin həlli tək hərb və sülh variantlarından deyil, həm də Ermənistanın dövlət kimi güclənməsindən, iqtisadiyyatının inkişafından asılıdır.

Ermənistan hökumət başçısının bu fikirlərini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanı reallığa qaytarmaq üçün uğurlu Aprel döyüşlərinin təkrarlanmasına ehtiyac var:

“Paşinyan açıq-aydın deyir ki, Qarabağı vermək fikrində deyil. Bu məsələnin nə hərb, nə də sülh yolu ilə həllinin mümkünsüzlüyünü demək isə o anlama gəlir ki, İrəvan Qarabağ məsələsində hər hansı bir güzəştə getmək istəmir.

Onun düşüncəsi belədir ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi qalmalıdır. Məsələ burasındadır ki, Paşinyan hakimiyyətə gələndən bəri hətta Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonla bağlı da iddialarını gizlətməyib. Bütün bunlar bir dəlinin, divanənin sözlərindən uzağa getməyən fikirlərdir. O başa düşmür ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır, obrazlı desək, döyünən ürəyidir. Bu ürəyi qoparıb bizdən almaq mümkün deyil.

Paşinyan ümid edir ki, belə fikirlər səsləndirməklə, müharibə və danışıqlar ehtimalını da gündəmdən çıxaracaq. Amma bunlar hamısı sayıqlamalardır. Onlar unutmasınlar ki, dünyada 50 milyon azərbaycanlı, cəmi 5-6 milyon isə erməni var. Belə böyük bir toplumun torpaqlarını işğal edib mənimsəmək onların imkanı xaricindədir. Ona görə də Paşinyana 2016-cı il aprel döyüşlərində olduğu kimi elə bir dərs vermək laızmdır, başa düşsün ki, “Artsax” adlandırdıqları Dağlıq Qarabağ erməniləri, özləri də bu ərazilərə gəlmədirlər, onların yaşadıqları yerlər Azərbaycan torpaqlarıdır. Bu torpaqlar uğrunda azərbaycanlıların mübarizəsi heç vaxt ara verməyəcək və Azərbaycan xalqı nəinki ərazi bütövlüyünü bərpa edəcək, hətta tarixi Azərbaycan torpaqlarını da hissə-hissə qaytaracaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam