Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstan Rusiyanın cavabını verdi:“Bizim üzərimizdən Ermənistana desant endirə bilməzsiniz”

"Arsenal" hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili Rusiyanın Dövlət Dumasının deputatı Konstantin Zatulinin açıqlamasını şərh edərək, Gürcüstanın Dağlıq Qarabağdakı fəal döyüş əməliyyatlarının başından bəri həm Azərbaycan, həm də Ermənistana hərbi malların tranzitinə icazə verməyəcəyini bildirdiyini xatırladıb. 
 
Yenixeber.org: Məlumata görə, İrakli Aladaşvili “VZGLYAD” qəzetinə açıqlamasında deyib:
 
"Gürcüstan bu mövqeyə ciddi şəkildə riayət edir və bundan sonra da  edəcək. Hər iki dövlət də bizə dostdur. Hərbi yükün heç birinin ziyanına buraxa bilmərik. Beləliklə, Zatulinin təklifi qətiyyən qəbulolunan deyil. Gürcüstan bitərəfliyi pozmayacaq."
 
Baş redaktor Rusiyaya məsləhətindən də geri qalmayıb: 
 
“Əgər Gümrüdəki hərbi bazaya mal çatdırmaq istəyirsinizsə, buyurun, İran tərəfi razı olarsa, sizə dəhliz yaratsın. O dəhliz vasitəsilə İran üzərindən Ermənistana hərbi yük göndərin. Baxmayaraq ki, o da bitərəfliyini qoruyur”.
 
Bundan əvvəl Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətin inkişafına verəcəyi mümkün reaksiyaların variantlarını sadalayıb. Onun fikrincə, lazım gələrsə, Moskva Gürcüstana onun hava məkanından istifadə edərək “lazımi qüvvələrin və vasitələrin Ermənistana göndəriləcəyini” açıq şəkildə izah etməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam