Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Zatulindən sərsəm AÇIQLAMA: "Rusiya Qarabağa görə desant əməliyyatına başlaya bilər"

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin NSN-ə verdiyi müsahibəsində “Rusiya Dağlıq Qarabağdakı vəziyyətin sonrakı inkişafına necə təsir edə bilər?” sualına cavab verib.

Yenixeber.org: Bu haqda məlumatı Rusiya mediası yayıb.

Zatulinə görə, hərbi intiqam almaq üçün bölgədəki barışı pozan Azərbaycan və Türkiyə idi, bu səbəbdən postsovet məkanında lider dövlətin özünü xatırlamağın lazım olduğunu düşünür.

Deputat Moskvanın necə hərəkət edəcəyinə əmin olmadığını etiraf edib, lakin Ermənistanda desant əməliyyatı da daxil olmaqla təklif olunan bir neçə variantın adını çəkib.

“Ermənistanın hərbi potensialını gücləndirməliyik, KTMT-yə müraciət etməliyik, Dağlıq Qarabağda deyil, Ermənistan ərazilərində desant əməliyyatı həyata keçirməliyik, hava blokadasını açmalıyıq. Lazım gələrsə, Gürcüstana aydın şəkildə izah etməliyik ki, hərbi qüvvələrin və vasitələrin öz hava məkanından Ermənistana göndəriləcəyini sakitcə qəbul etməlidir. Bu qərar məcburi olmalıdır, çünki Rusiya, Gürcüstan və digər ölkələr Qafqaza silahlıların yayılmasından narahatdır. Bölgədə erməni əhalisinin böyük bir kütləsi üçün təhlükə var. Fəaliyyətə başlamalıyıq” deyib Zatulin.

Bundan əlavə, deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin hələ diplomatik həll yolu olmadığına dair fikirləri ilə razılaşıb. O,  Rusiyanın bütün səylərinə baxmayaraq danışıqlar prosesinin əslində getmədiyindən təəssüfləndiyini də bildirib.

“Buna görə də Paşinyanın dediklərini qismən təsdiq edə bilərik. <…> İndi görürük ki, Azərbaycan tərəfi mövqeyini dəyişir və danışıqların tərəfdarıdır. Eyni zamanda, hücuma davam edir”. Zatulin yekunlaşdırıb.

Haşiyə: Bu alçaq rus deputatın dediklərini rəsmi Bakı qulaqardına vurmalıdır, çünki bu münaqişədə Kreml Putinin simasında mövqeyini aydın şəkildə bildirib: “Döyüş Azərbaycan torpağında gedir və Rusiyanın buna qarışmaq haqqı yoxdur”. Zatulinin çərənlənməsi isə ona verilən pula görə edilən bir çağırışdır.(konkret)

Babək Göyüş     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam