Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Əli Hüseynli: “Zatulin ermənilərin lobbiçiliyi ilə məşğul olur”

 

“Dövlət Dumasını üzvü Konstantin Zatulinin “Lazarev klubu”nu yaratmaqla bağlı təşəbbüsü görülən işlərə, Rusiyanın bir çox ekspertlərinin, tanınmış insanlarının obyektiv mövqeyinə uğursuz cavab cəhdidir”.
Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.

Deputat xatırladıb ki, bu günlərdə Azərbaycanın tarixi ərazisi olan İrəvanda Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin təşəbbüsü ilə yaradılan “Lazarev klubu”nun iclası keçirilib:

“Məlumdur ki, Azərbaycan və Rusiya dövlət başçılarının həyata keçirdiyi siyasət nəticəsində ölkələr arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Bu siyasi münasibətlər həm də ictimai proseslərə müsbət təsirini göstərib. Təsadüfi deyil ki, son dövrlər Rusiya siyasi elitasını təmsil edən bir çox politoloqlar, siyasət adamları, hərbi ekspertlər müxtəlif formalarda Azərbaycanda səfərdə olublar. İki ölkə münasibətlərinə, hərbi əməkdaşlığa dair, o cümlədən ölkəmizin ərazi bütövlüyü, Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı fikirlər səsləndiriblər. Hesab edirik ki, reallıqda soyuq olan Ermənistanla Rusiya münasibətlətrinə pozitiv ruh vermək cəhdlərindən başqa bir şey deyil. Tədbirdə Rusiya tərəfindən iştirak edən ekspertlər zamanında Qorboçov-Yeltsin komandasında olmuş, siyasi korrupsiyaya qurşanmış ermənipərəst ekspertlərdir. Baxmayaraq ki, tədbirin keçirilməsi və səslənən fikirlər Rusiyanın rəsmi mövqeyi deyil, amma bizim bu tədbirə adekvat münasibətimiz mövcuddur. Uzun illərdir ki, Konstantin Zatulin ermənilərin lobbiçiliyi ilə məşğul olur. O, əvvəllər də Azərbaycan və Dağlıq Qarabağkonflikti ilə bağlı qərəzli mövqeyini bildirib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam