Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“MOSKVA DAHA CİDDİ OYUN OYNAYIR...” –“Paşinyana qarşı qiyam olsa, təəccüblənmərəm”

Azərbaycan və Ermənistan arasında gedən döyüşlərə Rusiyanın sərgilədiyi mövqe ciddi müzakirə obyektinə çevrilib. Moskvanın Paşinyan hakimiyyətinin bütün səylərinə baxmayaraq, beynəlxalq hüquq prinsiplərindən çıxış edərək neytrallığını saxlaması bəzi müşahidəçiləri təəccübləndirib.

Yenixeber.org: Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon söhbətində müharibənin Azərbaycan torpaqlarında getdiyini bildirib. Ekspertlər Rusiyanın bu mövqeyinin hərbi əməliyyatlara hər hansı müdaxilə etməyəcəyindən xəbər verdiyini düşünürlər.

2010-2012-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri, ATƏT-in Minsk Qrupunda ABŞ-dan həmsədr olmuş Metyu Brayza isə deyir ki, Kremlin əsas məqsədi Rusiya hərbçilərini “sülhməramlı” adıyla regiona yerləşdirməkdir.

“Fikrimcə, Rusiyanın hərbi baxımdan Dağlıq Qarabağ münaqişəsinə qatılmaq marağı yoxdur. O, qərəzsiz vasitəçi kimi görünmək istəyir. Sonucda, məncə, Moskva Azərbaycanı Rusiya sülhməramlıları məsələsinə razı salmaq istəyir. Bu, Rusiyaya, illər, onillər boyunca bütün regiona təsir göstərmək imkanı verəcək”, – o vurğulayıb.

Keçmiş səfirin sözlərinə görə, Moskva ətrafında Paşinyanı görmək istəmir, onun hakimiyyətdən uzaqlaşmasını istərdi.

Brayza deyib ki, etnik ermənilərin nəzarətində olan torpaqlar əldən gedərsə, bu, Ermənistan millətçilərini qəzəbləndirər və Paşinyanın rəqiblərinin ona qarşı hərəkətə keçməsinə yol açar.

“Ona qarşı, çox güman Moskvanın təşkilatçılığı ilə hansısa qiyam görsəm, buna təəccüblənmərəm. Başqa sözlə, Moskva düşünüldüyündən daha ciddi oyun oynayır”, – Brayza vurğulayıb.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam