"2 Ermənistan" və "2 Azərbaycan"ın qonşusu "20 Rusiya" ola bilər
“REX” İA-nın yaradıcısı və ”Reqnum” İA-nın şef-redaktoru Stanislav Tarasov “2 Ermənistan” və “2 Azərbaycan”ın real olduğunu bildirdi. “2 Ermənistan” dedikdə Ermənistan Respublikası və qondarma “Dağlıq Qarabağ Respublikası”nı nəzərdə tuturdu. Ermənistan Respublikası bu gün dövlət olaraq ayaq üstə dura bilmir".
"Xeberinfo.com": Məlumata görə, bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, özü dövlət ola bilməyən Ermənistanın Dağlıq Qarabağ ermənilərinə də dövlət qurmasına “Qarabağmərkəzçilər”i pulun xatirinə inandırmaq olar: “2 Azərbaycan” dedikdə, Dağlıq Qarabağ tənzimlənməsi üçün dördtərəfli formatın Azərbaycana aid 2 hissəsini nəzərdə tutmurlar. Dağlıq Qarabağ tənzimlənməsi üçün real format dördtərəfli formatdır. Ermənistan, Dağlıq Qarabağın erməni icması, Azərbaycan və Dağlıq Qarabağın azərbaycanlı icması. S.Tarasov “2 Azərbaycan” dedikdə, Azərbaycanın 2 tərəfə bölünməsini nəzərdə tutur. Bunlardan biri, indiki Azərbaycan Respublikasının varisi olacaq Azərbaycan, digəri isə Azərbaycandakı etnik qruplardan birinin- talışların, ləzgilərin və ya kürdlərin yaratdığı dövlət. Azərbaycanın etnik qruplara bölünməsi ermənilərin və intellekti ermənilərə bağlı olanların ən böyük arzusudur. Çünki Azərbaycan parçalanır, həm də "Qarabağmərkəzçilər"in öz intellektlərini uzunmüddətli icarəyə verməsi üçün şərait yaranır. Xam xəyaldır. Bu məsələdə özləri üçün 3 barmağın fiqurunu mayak işarəsi kimi qəbul eləsələr, daha tez ayılarlar. Təəssüf ki, çoxmillətli ailədə böyüyən, çoxmillətli dövlətin vətəndaşı olan şəxslər Azərbaycanın polietnikliyini ona qüsur hesab edirlər. Dünyada cəmi 2 monoetnik və monokonfessional dövlət var. Monoetnik dövlətlərin sayı 10-u keçmir. Qalan dövlətlər hamısı polietnikdirlər. Azərbaycan, İran, Rusiya polietnik dövlətlərdir. Ermənistan monoetnik, monokonfessional dövlətdir. Erməni xalqı hələ polietnik cəmiyyət qurmağa və polietnik cəmiyyətlər arasında mövcud olmağa yetişməyib".
M.Əhmədoğlu qeyd edib ki, “Qarabağmərkəzçilərinin” fəaliyyətində zəifləmə diqqəti çəkir. Hər halda Tarasov Ko-nun fəaliyyətinin əsas ruporları olan “Reqnum” və “Rex” İA əvvəlki aktivlikdə işləmirlər. Ehtimal ki, maliyyə problemləri var: "Tarasov Ko-nun fəaliyyət istiqamətləri dəyişməyib. Azərbaycanın and içmiş düşməni olaraq qalmaqda davam edirlər. Onların antiazərbaycan fəaliyyətində iki istiqamət də yerindədir. Birincisi, onlar başa düşürlər ki, İranda bəzi qüvvələrin və Ermənistanın Azərbaycana qarşı düşmənçiliyi əzəli, əbədidir. Ola bilər həmin qüvvələrin və problemləri yarandığı üçün antiazərbaycan istiqamətini maliyyələşdirə bilmirlər. Yaxınlarda problemlərini həll edib yenidən İrandakı bəzi qüvvələr və Ermənistan antiazərbaycançılığı maliyyələşdirəcəklər. İkinci istiqamət, Rusiyanın adından Azərbaycana qarşı etnik mövzuları qaldırmaqla Azərbaycanın daxilində olan bəlli qüvvələri daha da aktivləşdirmək istəyirlər. Bunlar “Qarabağmərkəzçilər” və ya Tarasov Ko-nun əqidə məsələsi olmaqla yanaşı, həm də qazanc mənbələridir. Hər bir adam sərbəst düşünmək və ya sərbəst maliyyə mənbəyi seçmək hüququna malikdir. Eləcə də kimsə öz intellektini icarəyə də verə bilər.
Amma Tarasov Ko-nun indi bu ideyanı gündəliyə gətirməsində müasir dövrlə səsləşən mövzu da var. Bəllidir ki, Şimali Qafqaz xalqları dini zəmində müəyyən aktivləşmə dövrünü yaşayır. İŞİD-in Şimali Qafqaza yaxınlaşması ilə bağlı məlumatlar da geniş yayılır. İran da güclənir. Belə vəziyyətdə S.Tarasovun Rusiyanın 20 dövlətə bölünməsini arzulaması məntiqidir. İndi bütün dünyada cəmi 1 dənə Rusiya var. Amma Tarasov Ko-nun arzuları reallaşsa, adında “Rusiya” termini olan bir neçə dövlət yarana bilər: Rusiyadan Ayrılmış Ləzgi Dövləti, Rusiyadan Ayrılmış Avar Dövləti, Rusiyadan Ayrılmış Tabasaran Dövləti, Rusiyadan Ayrılmış Çərkəz Dövləti, Rusiyadan Ayrılmış İnquş Dövləti, Rusiyadan Ayrılmış Çeçen Dövləti və ən nəhayət Rusiyadan Ayrılmış Yakut-Saxa dövləti və s. və ilaxır. Rusiyanın əsl vətənpərvəri S.Tarasov kimilərdir: Dünyada “Rusiya” sözünün daşıyıcısı olan çoxsaylı dövlətlər yaranır. Mətbuat da bu mövzunu başına götürür və ən azı kiçik də olsa bir qrup Rusiya vətəndaşı varlanır. Varlanmış azsaylı bir qrup vətəndaşın çoxsaylı Rusiya dövləti".