Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"TRT WORLD" TOVUZ DÖYÜŞLƏRİ HAQQINDA FİLM HAZIRLADI -"Türkiyə-Azərbaycan: Bir Millət, İki Dövlet" + VİDEO

 

 TRT WORLD Tovuz döyüşlərinə, onun səbəblərinə və Türkiyə - Azərbaycan münasibətlərinə dair yeni və möhtəşəm film hazırlayıb. Film Türkiyə Prezident Administrasiyasının yaxından dəstəyi ilə ortaya çıxıb. Azərbaycan- türkiyə qardaşlığını anladan və Tovuz döyüşlərinə həsr olunan film ingilis dilində, türkcə altyazılarla tərtib olunub. Bu da imkan verir ki, Azərbaycanın verdiyi mesajlar və haqlı mövqeyi bütün dünya üçün anlaşıqlı olsun. 

Yenixeber.org: İyul ayının 12-dən 18-ə qədər davam edən və Azərbaycanın Tovuz rayonu ərazisindən keçən dövlət sərhəddində baş verən döyüşlər bütün dünyanın diqqətini yenidən bu münaqişəyə cəlb etdi.

Mülki yaşayış məntəqələrini, əhalini bombardımana tutan Ermənistanın Tovuzda təkrar döyüş başlatmaqda əsas məqsədi nə idi, nəyə nail olmaq istəyirdi, 32 ildir davam edən Dağlıq Qarabağ iddialarına Tovuz fraqmenti niyə əlavə edildi? Erməni ordusunun hücum etdiyi Qaraqaya yüksəkliyinin strateji əhəmiyyəti nədədir, Azərbaycan niyə o yüksəkliyi qorumaq üçün özünün yüksək rütbəli ordu zabitlərini şəhid verdi? Rusiya niyə Ermənistana hər məqamda arxa çıxır, hər cür dəstək verir? 

Azərbaycanın apardığı haqq davasında Türkiyənin yeri və rolu barədə Azərbaycanda hansı fikirlər var? Azərbaycan-Türkiyə qardaşlığı ordularımızın inteqrasiyasında və ortaq hərbi-strateji çıxarlarımızda öz əksini necə tapa bilər? Sadə azərbaycanlılar, media təmsilçiləri, dövlət yetkililəri bütün bunlar barədə nə düşünürlər? Türkiyə-Azərbaycan ordularının ortaq və böyük miqyaslı təlimləri bölgədə nələri dəyişdirdi?

 

Qardaş Türkiyənin TRT WORLD televiziyasının heyəti Azərbaycana gələrək, Tovuz rayonunda, Ermənistanın artıq neçə illərdir davam edən aqressiyasının növbəti hədəf nöqtəsində olublar. Oradan çəkilişlər edib, yuxarıda qeyd etdiyimiz suallara cavab axtarıblar. TRT WORLD reportyorları bölgə əhalisini, Ermənistanın şəhid etdiyi 76 yaşlı Əziz Əzizovun qızı Zərnişan Gözəlovanı danışdırıb, qəhrəman əsgərlərimizin döyüşdüyü ön səngərdə olub, oradan qiymətli və tarixi fraqmentlər çəkiblər. 

Bakıda isə problemə köklü və konseptual baxış əldə etmək üçün dövlət yetkililəri, media mənsubları ilə görüşərək, onları danışdırıblar. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Müdafiə Nazirliyinin yetkilisi, general mayor Hüseyn Mahmudovun, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin rəhbəri Elnur Əliyevin,  Rauf Arifoğlunun verdiyi açıqlamalar TRT WORLD platformasından bütün dünyaya Azərbaycanın mesajı olaraq yayımlanmaq üçün hazırlanıb.
Filmdə Türkiyə və Azərbaycan prezidentləri Tayyib Ərdoğanın və İlham Əliyevin aydınladıcı fikirlərinə də ustalıqla yer verilib.

Bu möhtəşəm filmi Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün tvitter səhifəsində xüsusi müşayiətçi mətnlə paylaşıb.
Fəxrəddin Altun yazır: '' Türkiyə və Azərbaycan, son dönəmdə ikili ilişkilerin qazandığı böyük irəliləyişlə "Bir Millət, İki Dövlət" söyləminin sadəcə şüardan ibarət olmadığını bütün dünyaya göstərir. Birliyimiz, bərabərliyimiz, qardaşlığımız önümüzdəki dönəmdə də inşallah güçlənərək davam edəcək''.

Həmin möhtəşəm filmi təqdim edirik:(musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam