Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın son təxribatları İran mətbuatında

 

 İranın bir sıra kütləvi informasiya vasitələri dünyanın müxtəlif şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə qarşı törətdikləri təxribatlardan yazıb.
Yenixeber.org: İranın mehrnews.com, mashregnews.ir, iribnews.ir, yjc.ir saytları ermənilərin qanunazidd hərəkətlərinə toxunaraq qeyd ediblər ki, ABŞ və Avropada erməni gəncləri dinc azərbaycanlı nümayişçilərə hücum edərək xəsarət yetiriblər. Bildirilib ki, hadisə ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və ondan cinayət törətmiş ermənilərin məsuliyyətə cəlb olunması tələb edilib.

Məlumatlarda qeyd olunub ki, ermənilər müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edərək işğal olunmuş Dağlıq Qarabağın azad edilməsini tələb edən azərbaycanlıları döyüblər.

Həmçinin vurğulanıb ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Tovuz rayonundakı mövqelərinə hücum cəhdi olub və düşmənə layiqli cavab verilib. Bu təxribatın nəticəsində bir neçə gün davam edən döyüşlər olub. Döyüşlər zamanı hər iki tərəfdən itkilər olub.

Bundan əlavə, diqqətə çatdırılıb ki. minlərlə vətənpərvər insan Bakının küçələrinə çıxaraq Azərbaycan Prezidentinə, ordusuna dəstək ifadə edib, torpaqların azadlığı uğrunda döyüşlərə hazır olduqlarını bildiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam