Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ermənilər silahlarını ataraq qaçmalı oldu"- General-polkovnik Məhərrəm Əliyev


Prezidentinin köməkçisi – Prezident  Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermis döyüşlər haqda danışıb. 

Yenixeber.org: M. Əliyev əvvəllər də, cəbhə xəttinin müxtəlif təmas zolaqlarında erməni işğalçılarının təxribatçı davranışlarının şahidi olmuşuq və onların törətdikləri əməllərə qarşı Silahlı Qüvvələrimizin necə ağır və layiqli cavab verdikləri, düşməni susdurduqlarını görmüşük: “Erməni işğalçılarının və onların rəhbərlərinin bu dəfə məhz Tovuz rayonu istiqamətindəki cəhdlərinin arxasında Azərbaycanın və Türkiyənin, eləcə də Gürcüstanın yer aldığı enerji layihələrinə zərbə vurmaq istəkləri dayanmışdı. Bildiyimiz kimi, BTC, TANAP, BTQ kimi dünya miqyaslı nəhəng beynəlxalq layihələr məhz Tovuz rayonu istiqamətindən keçir və işğalçılar həmin istiqamətdə təxribat törətməklə, Ordumuzun nüfuzu ilə yanaşı, enerji siyasətimizə də zərbə vuracaqlarını düşündülər, ancaq göründüyü kimi dərindən və köklü şəkildə yanıldılar. Onların qarşısında güclü, qüdrətli, qələbə əzmli Azərbaycan Ordusu və bu Ordu ətrafında birləşən ümumxalq birliyi, sarsılmaz həmrəylik faktoru dayanmışdı. 

Düşmən nəinki geriyə çəkildi, eləcə də öz mövqelərini, silahlarını ataraq qaçmalı oldu. Bu gün Tovuz rayonu istiqamətindəki strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altındadır və erməni işğalçılarının istənilən hərəkətləri müşahidə olunur.

Erməni tərəfinin daha bir məqsədi ölkədaxili siyasi və iqtisadi böhranın diqqətdən yayındırılmasına doğru yönəlmişdi. O cümlədən, Azərbaycanın diplomatik uğurları işğalçı ölkənin siyasi fiaskosunu sürətləndirirdi. Ona görə də, Tovuzda təxribat cəhdinə əl atmaqla həm daxilindəki narazılıqları, həm də beynəlxalq diqqəti Qarabağ mövzusundan yayındırmağa çalışdı. Nəticədə, Qarabağ mövzusu daha qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdı və düşmən ikitərəfli məğlubiyyət məngənəsində sıxışıb qaldı. Yəni bu gün beynəlxalq siyasi aləm Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edirsə, bu işğalçı Ermənistanın həm hərbi, həm də siyasi tənəzzülünün göstəricisi olaraq qiymətləndirilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam