HAKİMİYYƏTİN SABİTLİYİ XALQIN DƏSTƏYİNDƏN ASILIDIR
Dollar bahalaşdı... nəticəsi xalqa nə verdi ?
"Xeberinfo.com": Məlum olduğu kimi AMB-nın İdarə Heyəti 21.02.2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, avronun isə 1.1950 AZN səviyyədə müəyyən edilib. Beləliklə manat dollar qarşısında 33% (26.34 qəpik), avro qarşısında 34% (30.16 qəpik) ucuzlaşıb.
Dolların bahalaşması ilə yanaşı yeyinti məhsullarının da qiyməti sürətlə bahalaşıbdır. Məsələn “Milla” smetanının qiyməti 1.00 manatdan 1.50 manatadək, ən aşağı keyfiyyətli süd 1.00 manatdan 1.23 manatadək,“Kərə” yağı 7.50 manatdan 9.40 manatadək, “Ayran” 0,80 manatdan 0.90 manatadək bahalaşıbdır.
Həmin qiymətləri faizlə ifadə etsək bahalaşma “Milla”da 150.00 %, süddə 123.00 %, “Kərə” yağında 125,33 %,”Ayran”da 112.50 %-dir. Bu siyahını çox sayda uzatmaq olar. Xoşa gəlməz hal odur ki, qiymətlərdəki artımlar respublikanın özündə istehsal olunan məhsullardadır.
Biz vətəndaşlar isə əmək haqqını və təqaüdləri dollarla yox, manatla alırıq. Əvvəlki cıxışımda da qeyd etmişdim ki, həmin qərarın davamı olaraq vətəndaşlarımıza verilən əmək haqqının və təqaüdlərin artırılması qayğısına qalmaq lazımdır.
Hələ 8-15 aprel 2001-ci il tarixli müxalif mətbuatındakı çıxışımda “ ...zəhmətkeş zümrə üçün bütün sahələrdə qiymət artımı çox böyük təhlükədir” yazaraq qiymət sahəsindəki zorakılığa etirazımı bildirmişəm. Qiymət elə bir iqtisadi kateqoriyadır ki, ən qüdrətli dövlət belə mütləq onunla hesablaşmalıdır. Nə qədər ki, istehsalat fəaliyyətində olmuşam gözüm daim qiymət kateqoriyasını izləyib. Həmin qərar veriləndən 18 gün keçir, hələki manat bir qəpik belə bahalaşa bilməsə də ərzaq məhsullarının çəkisinin və yaxud vahidinin qiyməti bir gündə nəinki bir qəpik, 10 qəpikdən tutmuş iki manata kimi artmışdır.Tanrı sonrasından saxlasın.
Zorakı yolla qiyməti sabit saxlamaq mümkün deyil. Yaşadığımız ictimai quruluşda istehsalla yanaşı onun satışı da dövlətin yox, istehsalçıların əllərindədir. İstehsal və satış qiymətlərində onların hüquqlarınatoxunmaq,satış qiymətlərinin artmaması üçünonları nəyəsə məcbur etmək-ölkə daxilidə süni surətdə valyutaların, mal və materialların qiymətlərinin aşağı salınması və ya artırılması ciddi fəsadlar yarada bilər ki, artıq bu baş vermişdir. Hökumət vətəndaşlarımızın qayğısına qalaraq mürəkkəb bir iqtisadu durumdavalyuta ehtiyatından vəsait xərclədiyi halda üzdən iraq oliqarxlar“qazandıqları”valyutaları xaricə ötürüblər.
Bir cüt corabı və ayaqqabını çıxmaq şərtiylə insan bir dəst geyimi maksimum yeddi il istifadə edə bilir. Ancaq qidasız yeddi gün dözməsi müşkül məsələdir. İndi qiymətləri nizamlayanlar respublikada əmək haqqının və təqaüdlərin artırılacağı (?) məqamda artırılacaq əmək haqqının və təqaüdlərin tək qidaya bəs edib etməməsi haqqında düşünməlidirlər.
Respublikanı idarə edənlər! Kəsərlərinizi və şöhrətinizi xaricdən verilən orden və medallar yox, xalqın güzəranının daha da yaxşılaşdırılması, onların xoş münasibətləri və dəstəyi artıra bilər. Hakimiyyətin sabitliyi apardığı iqtisadi siyasətdən və xalqın dəstəyindən asılıdır.
Biz Rusiyaya söykənmək yox, Rusiya ilə xoş münasibətlər qurmaqla yanaşı onların dilini də bilməliyik. Ona görə ki, tükənməz təbii sərvətlərə sahib ən yaxın qonşumuz onlardır.
Dünya miqyasında dövlət başçıları sırasında maliyyənin idarə edilməsini dərindən bilib ixtisasca mühasib olan ABŞ-nın sabiq prezidenti Harri Trumen haqqında: ” Trumen komitəsi tərəfindən üstü açılan çirkin faktlar bir qayda olaraq, geniş məlum edilmirdi... hiyləgər missuriyalı heç kəsin günahını keçmir , öz tədqiqatlarına yarım milyon dollardan az sərf edib, dövlət üçün on beş milyarda yaxın qənaət etmişdi. Bununla belə, dövlət malını oğurlayanların bircəsi də Trumenin təşəbbüsi ilə müqəssirlər kürsüsündə əyləşməmiş, adları aşkar çəkilməmişdir. Bu dövlət oğruları komitənin qapalı iclaslarında ata nəsihəti dinləmiş, bəzən hətta kəskin tənqidə məruz qalmışlar... Elə bil tale özü onu ierarxiya nərdivanı ilə yuxarı qaldırırdı. Hərçənd məlumatlı adamlar bilirdilər ki, o, “Panderqastların adamı”dır, bununla belə demokratların partiya aparatı onun vicdanlı, düz, korrupsiya çirkabına batmamış və hər şeydən göründüyü kimi hakimiyyətə can atmayan bir adam təki adını hər cür müdafiə etdi”.
Azərbaycanın oliqarxlarına dərs deyə və ”tərif”ini verə bilən H.Trumen kimi bir şəxsiyyətimiz varmı?
Biz nə elmdə, nə istehsalatda, nə dövlət quruculuğunda heç bir dövlətin yedəyində gedə bilmərik. Ancaq inkişafımızın xatirinə bütün sahələr üzrə qabaqcıl təcrübədən faydalanmaq vəzifə borcumuzdur.
Quliyev Elxan Sarı o. 10.03.2015-ci il