Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda iki işğalçı Tiqranın başlarını dağıdan iki güllə...

 

Ermənistanın İstintaq Komitəsi ötən gün fevralın 12-də işğal edilmiş Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi birləşmələrinin iki hərbçisinin ölümü ilə bağlı məlumat yayıb.

Yenixeber.org: Məlumatda deyilir ki, həqiqi hərbi xidmətə çağırılmış Tiqran Manvelyanın və Tiqran Mxoyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb. Hər iki hərbi qulluqçu baş nahiyələrindən güllə yarası alıb, hər ikisi hospitala aparılarkən yolda ölüb.

Cinayət işi təhdid, qəddar rəftar və insan ləyaqətinin periodik olaraq alçaldılması yolu ilə intihara məcbur etmə maddəsi ilə qaldırılıb.

Xatırladaq ki, erməni hərbçiləri Qarabağda müxtəlif hərbi hissələrin məsuliyyət zonasında olan postlarda özlərini öldürüb. İnsidentlərdən biri təmas xəttinin Füzuli-Xocavənd istiqamətində, digəri şimal-şərq istiqamətində baş verib. 

Təxminən saat 11.30-da sıravi Tiqran Manvelyan postda gülləni başına sıxıb. Saat 13.00 radələrində isə kiçik leytenant Tiqran Mxoyan intihar edib.

Son vaxtlar Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında bir-birinin ardınca intiharlar, yaxud əsgərlərin bir-birini güllələməsi halları baş verir. Bu faktlar Ermənistanda geniş ictimai rezonans doğurub, Paşinyan hökuməti orduda vəziyyəti düzəltmək iqtidarında olmamaqda günahlandırılır. Baş nazir Nikol Paşinyan ötən gün hökumətin iclasında bildirib ki, orduda baş verən insidentlərin səbəbi cəmiyyətdə kriminal subkulturanın geniş yayılması, gənclərin “oğru qanunlarına” meyl etməsidir. (virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam