Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İsraildə səfirlik açmağın vaxtı çatıb-ŞƏRH

 

     

 

    Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının bu çağırışı Azərbaycanda dəstəklənir

Yenixeber.org: “Azİz” – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak bildirib ki, rəsmi Bakının İsraildə səfirlik açmasının vaxtı çatıb.

Spivak qeyd edib ki, bu gün İsraildə hətta Azərbaycanın ticarət nümayəndəliyi və ya mədəniyyət mərkəzi də yoxdur: “Konsulluq olmasa belə, heç olmasa, ticarət missiyasını həyata keçirəcək nümayəndəlik və ya mədəniyyət nümayəndəliyinin açılması vacibdir. Bunun üçün Azərbaycan pasportuna sahib və ölkəni təmsil edən bir şəxsin olması lazımdır ki, o, Azərbaycan adından çıxış edə bilsin”.

L.Spivakın təklifinə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, iki ölkə arasında diplomatik münasibətlər varsa, səfirliklərin də olması labüddür:

“İsrail Azərbaycanda öz səfirliyini 90-cı illərin əvvələrində açıb. Azərbaycan səfirliyinin də İsraildə açılmasına ehtiyac var. Deyilənlərə görə, bu, İran və ərəb dövlətlərinin böyük etirazına səbəb ola bilər. Amma Azərbaycan müstəqil xarici siyasət yürüdür. Azərbaycan İsraildən hərbi texnika alır, ölkəmiz Ceyhan limanı üzərindən İsrailə neft satır. Onsuz da, əməkdaşlıq var. Digər tərəfdən, bir neçə ərəb ölkəsində də İsrailin səfirliyi fəaliyyət göstərir. Ərəb ölkələri bizə niyə təzyiq etməlidir ki?!”

E.Şahinoğlunun sözlərinə görə, Türkiyə-İsrail münasibətlərinin gərgin olmasına baxmayaraq, Türkiyənin İsraildə səfirliyi, İsrailin də Türkiyədə səfirliyi var:

“Əlbəttə, Azərbaycan İsraildə səfirlik yaratsa, İranda müəyyən etirazlar ola bilər. Ama düşünürəm ki, bir müddət sonra bu etirazlar səngiyəcək. İran Azərbaycanla iqtisadi-ticarət əlaqələrində maraqlıdır”.

Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Arzu Nağıyev xatrılatdı ki, Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri də İsraildir:

“1991-ci il dekabrın 25-də İsrail bizim müstəqilliyimizi tanıyıb. İsrail dövləti bu gün Azərbaycanın ən strateji, əhəmiyyətli tərəfdaşlarından biridir. Məlumdur ki, Azərbaycanda İsrailin səfirliyi var və fəaliyyət göstərir. Lakin Azərbaycanın İsraildə səfirliyi yoxdur. Bəzi insanlar və dövlətlər düşünürlər ki, əgər biz Azərbaycan olaraq, İsraildə səfirlik açsaq, bəzi ərəb ölkələri və İran bunun əleyhinə çıxar və münasibətlərimiz mənfiyə doğru gedə bilər”.

Deputat bunun belə olacağını düşünmür:

“Bir sıra ərəb dövlətlərinin (Misir, İordaniya) İsraildə səfirliyi var. İrana gəldikdə isə məlum məsələdir ki, İran eyni zamanda Ermənistanla da strateji tərəfdaşdır. Və Ermənistanın özünün İsraildə səfirliyi fəaliyyət göstərir. Yəni İran hər hansı bir arqumenti qarşımıza qoya bilməz. Fikrimcə, strateji baxımdan İsraildə Azərbaycanın səfirliyinin açılması çox mühüm məsələdir və zəruridir. Təbii ki, bu, iki ölkə arasında olan tərəfdaşlığı daha da inkişaf etdirə bilər. Onsuz da, səfirliyin olub-olmamasından asılı olmayaraq, dövlət qurumlarının, diaspora təşkilatlarının xətti ilə İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Lakin səfirliyin açılması da labüddür. Səfirliyin Yerusəlim və ya Təl-Əvivdə olub-olmaması artıq ikinci məsələdir. Vaxt yetişəndə səfirliyin açılacağını düşünürəm”.

Ülviyyə Şahin

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam