Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Karantin rejimini pozan şəxslərdən -narkotik vasitə aşkar edildi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Sumqayıt şəhər sakinləri olan Ədalət Aşurov və Ramin Mirzəliyev sonuncuya məxsus “Renault” markalı nəqliyyat vasitəsi ilə Qusar-Xaçmaz istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədi ilə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam