Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Başqalarının şəxsiyyət vəsiqəsi ilə -sərnişin daşıyan sürücü həbs edildi

 
Xaçmazda karantin qaydalarını pozaraq xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşımağa cəhd edən sürücü saxlanıldı.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə müvəqqəti stasionar postda xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən B.Qasımovu saxlayıblar.

Məlum olub ki, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd etmiş, postlardan sərnişinləri keçirtmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd edib.

Faktla bağlı Xaçmaz RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən B.Qasımov inzibati qaydada həbs edilib. Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Başqalarının şəxsiyyət vəsiqəsi ilə sərnişin daşıyan sürücü həbs edildi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam