Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsgərilkdən qayıdan oğullarına-yığıncaq keçirənlər cərimələndi

 
Ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz RPŞ Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb.

Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam