Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə - saxta spirtli içkilər satan şəxs tutuldu

Şəkidə saxta spirtli içkilər satan şəxs tutuldu
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam